Cəmiyyət

"Əsasən, qadınlar diqqətli olmalıdırlar" - virtual tanışlığın TƏHLÜKƏSİ

13 Mart 2024 01:01
Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə tanış olaraq münasibət qurmaq yeni dövrün trendinə çevrilib. Nümunə olaraq, "ciddi_evlilik_yeni", "evlilik_dostluq_tanışlıq" və.s səhifələri göstərmək olar ki, insanlar tanışlıq üçün istifadə edirlər. Bununla kifayətlənməyib ayrıca mesaj yazaraq tanış olanlara da rast gəlinir.

Bəs bu yolla yaranan münasibət ciddiləşə bilərmi?

Milli.Az bildirir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Gülnarə Baxşıyeva bildirib ki, sosial şəbəkədə olan tanışlıqdan ciddi gözləntilərin olması düzgün yanaşma deyil.

"Virtual tanıdığımız insanlardan heç bir gözləntimiz olmamalıdır. Qarşımızdakı insanın danışıq zamanı qeyri-etik ifadələrdən istifadə etməsi qadını yoxlamaq məqsədi daşıyır. Qadın öz sərhədlərini bildirməsə, qeyri-etik ifadələrin işlədilməsini normal qarşılasa, bu söhbət intim mövzuya çevrilir. Mövzunu cinsi əlaqəyə çevirən heç bir kişinin fikri ciddi olmur. Sosial şəbəkədə tanış olduğumuz insanla tez səmimi olmaq, həyatda başımıza gələn bütün hadisələri danışmaq da düzgün deyil. Sonra həmin məlumatlardan istifadə edərək qadınlara hədə-qorxu gələn kişilərin sayı da az deyil".

Psixoloq qeyd edib ki, sağlam düşüncəli insan, həyatda üzləşdiyi hər çətinliyi virtual tanıdığı birinə danışmaz.

"Sosial şəbəkələrdən yaranan hər tanışlığa güvənmək olmaz. Əsasən, qadınlar diqqətli olmalıdırlar".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.