Cəmiyyət

İnsan konkret bir gündə ölmək barədə Allaha dua edərsə, Allah onun duasını qəbul edərmi?

31 Dekabr 2023 08:01
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəsin hansı gündə öləcəyi Allahın qəza-qədəridir, Allahın təyin etdiyi gündə onun əcəli gələcək. Adətən insan öz ölümünün vaxtını qabaqcadan bilmir. Çünki əcəlin nə zaman çatacağı Allahın qeyb elmlərindəndir (Loğman, 34). Lakin Quranda buyurulduğu kimi Allah bəzi seçilmiş bəndələrə qeyb elmindən lazım bildiyi qədərini öyrədər. Buna görə peyğəmbər və imamlar, böyük övliyalar öz ölüm günlərini qabaqcadan bilmiş və buna hazırlaşmışlar. Allahın sevimli bəndələrinin bəzi duaları müstəcab olar. Övliya şəxslər məsləhət bildikləri zamanda ölməyi Allahdan istəyərlər və Allah onların duasını həyata keçirər. Məlumdur ki, bəzi övliyalar öz missiyalarını başa vurduqdan sonra və ya düşmənin əlinə keçməmək üçün Allahdan rica etmişlər ki, onları öldürsün. Onların duası müstəcab olmuş və istədikləri kimi tez bir zamanda dünyalarını dəyişmişlər. Bu xüsusiyyət hər adama deyil, yalnız böyük övliyalara şamil ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.