Cəmiyyət

Avtomobillərinə yeni monitor quraşdıranlara XƏBƏRDARLIQ - VİDEO

4 Noyabr 2023 14:05
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hərəkətdə olan avtomobil qəfildən alışıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsində baş verib. Sürücü cəld tərpənərək idarə etdiyi Auidi Q7 markalı avtomobili saxlayıb və nəqliyyat vasitəsini tərk edib.

Yanğın qısa zamanda avtomobili ağuşuna alıb. Yanğın zamanı maşında partlayış da olub.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülsə də, avtomobil tamamilə yararsız hala düşüb. Məlumata görə, yanğına səbəb mühərrik hissədə yaranan nasazlıq olub.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bu tip avtomobillərin yanmasına elektrik naqillərinə edilən müdaxilə səbəb olur.

Usta hesab edir ki, avtomobillərdə əksər hallarda yanğın qısa qapanmadan yaranır. Amma burada istisina hallar da var.

O deyir ki, avtomobil idarə edən sürücülərə təhlükəli vəziyyətlə üzləşməmələri üçün mühərrik və elektrik naqilləri üçün orijinal detallardan istifadə etmələri məsləhət görülür. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.