Cəmiyyət

Məzahir Pənahov hesabat verməyən siyasi partiyalarla bağlı tapşırıq verdi

12 Aprel 2023 16:42
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiyə qədər maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən siyasi partiyalara məlumat verilməlidir ki, hesabatlarını təqdim etsinlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, MSK hər zaman siyasi partiyalara çatışmazlıqlarını aradan qaldırmaq üçün şərait yaradıb. "Onlar hesabatlarını təqdim etməlidirlər ki, biz də çatışmazlıqların aradan qaldırılması ilə bağlı partiyalara kömək edə bilək", - deyə o əlavə edib.

Qeyd edək ki, 39 siyasi partiya maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatlarını təqdim edib. 20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.