Cəmiyyət

Magistral xətdə qəza: Sumqayıt susuz qaldı

14 Fevral 2023 21:13
Baxış: 1 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.

Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.

Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.