Cəmiyyət

Naxçıvanda aksizsiz tütün məmulatları aşkar olundu

26 Yanvar 2023 22:46
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb.

MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları "Çəmən" marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkilər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.