Cəmiyyət

Bir ayda 900-a yaxın insan zəhərlənib

28 Dekabr 2022 13:24
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, müraciət edənlərdən 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.