Cəmiyyət

Baş Prokurorluqdan ictimaiyyətə - Videomüraciət

10 Dekabr 2022 21:32
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı ictimaiyyətə videomüraciət edib.

Bu barədə Baş Prokurorluğun feysbuk səhifəsində məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib.

"2022-ci ilin ön dövrü ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 79 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur", - müraciətdə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.