Cəmiyyət

Qaxda yol qəzasında 33 yaşlı kişi ağır xəsarət alıb

19 Sentyabr 2022 08:50
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu rayonun mərkəzi hissəsində avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil daş hasara çırpılıb.

Ağır xəsarətlər alan yaralı əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərisinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.