Cəmiyyət

Dövlət Komitəsi Laçın şəhəri, Zabux və Sus kənd sakinlərinə müraciət edib

2 Sentyabr 2022 21:27
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır.

Milli.Az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğusu işlənilməmiş vətəndaşlardan göstərilən telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:

0559001205; 0559001214; 0559001227; 0559001228; 0559001229; 0559001230; 0559001231; 0559001233; 0559001259; 0559001505.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.