Mağazalarda təzə adı ilə KÖHNƏ TELEFONLAR satılır - Onu bilmək üçün BU ƏMƏLİYYATI aparın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislərin hesablamalarına görə hazırda ölkəmizdə 8 milyondan artıq aktiv telefon var. Bu isə o deməkdir ki, istehlak bazarında ən çox alınıb-satılan məhsullardan biri də mobil telefondur.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, addımbaşı rastımıza çıxan telefon mağazalarında müxtəlif qiymətə, müxtəlif telefonlar satılır. Satışda birinci və ikinci əl telefonlar var.
İşlənmiş telefonlar aydındır.
Bəs, yeni adı ilə bizlərə təqdim olunan telefonlar nə qədər təzədir?
Bax, bu suala cavab tapmaq çox çətindir. Çünki, mobil telefonların üzərində istehsal tarixi əsasən göstərilmir. Nəticədə, bir neçə il əvvəl istehsal olunmuş telefonları biz yeni adı ilə almaq məcburiyyətində qalırıq. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulması deməkdir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya bidirib ki, "Kontakt-Home", "Baku elektronics", "Optimal", "Wordtelekom" və digərləri istehlakçıları aldatmaq üçün sanki yarışa giriblər:
"Adlarını çəkdiyim və çəkmədiyim şirkətlər reklama güclü pul xərcləyirlər. Ona görə də kifayət qədər müştəri toplayıblar. Di gəl ki, onlar müştəriləri istədikləri cür aldadırlar. Məsələn, bizə ən çox gələn şikayət ondan ibarətdir ki, yeni adı ilə alınan telefonlar bir neçə gün sonra sıradan çıxır. Müştəri satış mərkəzinə şikayət edəndə isə onu bu və ya digər şəkildə get-gələ salır, incidirlər".
Əyyub Hüseynov onu da əlavə edib ki, çox təəssüf ki, istər satıcılar, istərsə də alıcılar teleofonu sellafondan çıxarıldığı üçün təzə mal kimi başa düşürlər:
"Əslində, yeni adı ilə daha çox bir neçə il əvvəl istehsal olunmuş telefonlar alıcıya sırınır. Alıcı isə bunu heç cürə aydınlaşdıra bilmir. Halbuki, qanunvericiliyə görə satıcı müştəriyə təqdim etdiyi məhsulun istehsal tarixi, uyğunluq sertifikatı və digər məlumatları verməyə borcludur. Təəssü ki, qanunvericiliyin tələbləri çox ciddi şəkildə pozulur".
Birliyin sədri sonda onu da qeyd edib ki, Ölkə Başçısı tərəfindən təsdiq olunmuş "İcra hakimiyyətləri haqqında" əsasnamənin 4.5-ci maddəsində göstərilir ki, "yerli icra hakimiyyəti orqanları öz ərazilərində istehlakçıların hüquqlarının qorunması istiqamətində ciddi iş aparmalıdır:
"Sizin mənə verdiyiniz fürsətdən istifadə edərək yerli icra hakimiyyətlərindən soruşmaq istəyirəm: Bu günə kimi istehlakçıların hüquqlarının qorunması ilə bağlı hansısa hesabat hazırlanıbmı? Əfsuslar olsun ki, yerli icra hakimiyyətləri adını çəkdiyim əsasnamənin tələblərini yerinə yetirmir".
İstehlakçılar az və çox dərəcədə dünyanın hər yerində aldadılır. Ona görə də bəzi meqaşirkətlər bunun qarşısını almaq üçün müəyyən tədbirlər görür.
Məsələn, "Samsung" şirkəti istifadə etdiyimiz smartfonun yaşını öyrənmək üçün yeni tərtib hazırlayıb. Bunun üçün telefonunuzda zəngə daxil olursunuz və *#12580*369# kodunu daxil edirsiniz. Bundan sonra smartfonunuzun istehsal tarixi ekranda sizə göstəriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
XƏBƏR LENTİ
-
Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: Müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa
-
Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan bundan sonra da bütün başlanğıclarda bir-birini dəstəkləyəcək
-
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər
-
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun təltifolunma mərasimi keçirilib
-
Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov
-
Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov
-
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
-
Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik
-
Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
-
Restoran menyularının ləziz popkorn salatı
-
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
-
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
-
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
-
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
-
Qubadlı mətbəxinin quzu maçalı, pomidorlu plovun resepti
-
Bir ədəd limonla çox ləziz limonlu üçqulaq
-
Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
-
COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq





