Cəmiyyət

Danışığımızı məhv edən xəstəlik - səbəblər, müalicə... - HƏKİM YAZIR

11 Avqust 2022 19:05
0 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Primer proqressiv afaziya (PPA) dil bacarıqlarını itirməyə səbəb olan nevroloji bir vəziyyətdir. Bu demensiyanın bir  növüdür. Əvvəlcə əşyaların adlandırmaqda və ya başqalarını başa düşməkdə çətinlik çəkə bilərlər. Zamanla PPA olan bir çox insan bütün şifahi və yazılı ünsiyyət bacarıqlarını itirir.

Primer proqressiv afaziya nədir?

Primer proqressiv afaziya (PPA) insanın danışıq və ünsiyyət qabiliyyətinə təsir edən nevroloji vəziyyətdir. Afaziya beynimizin nitq və yazını anlamaq və ya yaza bilmək üçün cavabteh olan hissələrinin zədələnməsi nəticəsində yaranan dil pozulmasıdır.

Afaziya zaman keçdikcə pisləşən beyin xəstəliyindən(proqressiv neyrodegenerativ xəsrəlik)  yarandıqda  "primer proqressiv afaziya" adlandırılır. Əvvəlcə insanlar fikirlərini ifadə etmək üçün düzgün sözləri tapmaqda çətinlik çəkirlər. İnsanlar yazmaq, danışmaq və dil anlamaq qabiliyyətini itirdikcə vəziyyət zamanla pisləşir. 

Çox vaxt zrimer proqressiv afaziyanın əsas səbəbi Alzheimer xəstəliyi və ya Frontotemporal demensiya kimi neyrodegenerativ xəstəlikdir. Bu vəziyyətlərdə beynimizin nitqə nəzarət və ya sözlərin başa düşülməsi  və onların mənası ilə əlaqəli sahələr pozulur.

Primer proqressiv afaziyanın hansı növləri var?

Primer proqressiv afaziyanın 3 alt qrupu var:

-Loqogenik proqressiv afaziya -düzgün sözləri tapmaqda  və ya basqalarını başa düşməkdə çətinlik yaranır.

- Proqressiv qeyri-səlis afaziya - zəif qramatikaya və səlis danışmaqda çətinlik yaranır.

- Sematik demensiya - əşyaları adlandırmaqda və sözlərin mənasını başa düşməkdə çətinlik yaranır.

Primer proqressiv afaziya  kimlərdə rast gəlinə bilər?

Primer proqressiv afaziya hər kəsə təsir edə bilər. Lakin daha çox aşağıdakı şəxslərdə rast gəlinir:

- Qohumlarinda və ya yaxınlarında, yəni ailə hekayəsində PPA xəstəsi olanlar

- Doğuşdan əvvəl baş verən gen dəyişiklikləri

Primer proqressiv afaziyanın əlamətləri hansılardır?

Adətən 50-70 yaş arasında PPA simptomları inkişaf edir. Əvvəlcə kiçik nitq problemləri ilə başlayır. Zamanla mühakimə və düşüncə ilə buna qarşı mübarizə apara bilirlər.

Primer proqressiv afaziya simptomlarına aşağıdakılar daxildir:

- Davamlı olaraq əşyanın adlandırılmasında  düzgün sözü tapmaqda çətinlik

- Danışarkən tez-tez fasilələr

- Zəif qrammatika

- Yavaş nitq

- Nitqi anlamaqda problem

- Dil bacarıqlarının tamamilə itirilməsi

Primer proqressiv afaziyaya səbəb nədir?

Primer proqressiv afaziya beynimizin dili idarə eden hissələri zədələndikdə inkişaf edir. Beyin toxumamız kiçilir(atrofiyalaşır), ünsiyyət qabiliyyətinə təsir edir. Bəzən bu zədələnmə doğulduğumuz bir gen mutasiyasi səbəbi ilə başlayır. Digər hallarda  bilinməyən bir səbəb olmadan baş verə bilir.

Primer proqressiv afaziya diaqnozu necə qoyulur?

İlk əvvəl simptomlara əsasən PPA-dan şübhələnilir. Primer proqressiv afaziya diaqnozunu təsdiqləmək üçün MRT və KT müayinələrindən istifadə edilir.

Primer proqressiv afaziya necə müalicə olunur?

Primer proqressiv afaziya üçün müalicə yoxdur. Lakin bəzi müalicələr xəstəliyin gedişatını yavaşlada və ya xəstənin həyat keyfiyyətini yaxşılaşdıra bilir.

Bunlara:

- Danışıq terapiyası və koqnitiv terapiyadan istifadə etmək dil və düşüncə bacarıqlarını mümkün qədər uzun müddət saxlamağa kömək edə bilər.

- Davranış dəyişikliklərini idarə etmək və PPA ilə əlaqəli narahatlıq və ya depresiyanı azaltmaq üçün selektiv serotonin geri sorulma ingibitorları(SSRİ) kimi dərmanların qəbulu

- Əgər PPA-nın əsas səbəbi budursa, Alzheimer xəstəliyi üçün təsdiqlənmiş dərmanların qəbulu 

Primer proqressiv afaziya riskini necə azalda bilərik?

Primer proqressiv afaziyanın qarşısının alınmasının zəmanəti yoxdur. Bəzi həyat tərzi dəyişiklikləri demensiyanın inkişaf riskini azalda bilər, məs:

- Yaş, cinsiyyət və bədən tipinizə uyğun ideal çəki 

əldə etmək və saxlamaq

- Ciddi kəllə-beyin travmasının riskini azaltmaq

- Meyvə, tərəvəz, taxıl, zülü və sağlam yağlarla dolu balaslaşdırılmış  qidalanma

- Müntəzəm məşqlər

- Gündəlik alkoqol qəbulunu həftədə iki və ya daha da az məhdudlaşdırmaq

- Sosial əlaqələrin gücləndirilməsi

- Qan təyziqini və xolesterolu norma daxilində saxlamaq

- Siqareti tərgirmək

Primer proqressiv afaziyalı xəstələrin dinamikası

Primer proqressiv afaziya zamanla pisləşir, PPA olan bir çox insan uzun illər ərzində dil bacarıqlarını itirir və ünsiyyət qabiliyyəti məhdudlaşır.

Adətən xəstələr ilkin diaqnızdan sonra 12 il yaşayır.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.