Bu şirkətin əməkdaşları Qubadlıda oğurluq edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubadlıda oğurluq edən şirkət əməkdaşlarının məhkəmə prosesi başa çatıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qubadlı Rayon Məhkəməsinin hökmü ilə "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətinin əməkdaşları Azər Qulamovla (soyad şərtidir) Əmrah İbadova (soyad şərtidir) 1 il, 8 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Qeyd edək ki, adıçəkilən şəxslər 2022-ci ilin fevral-mart ayları ərzində qabaqcadan əlbir olaraq Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən elektrik xətlərini, həmin xətlərin dirəklərdə izolyasiya olunan hissələrindən mis və sərt poladı kəsərək talayıblar.
Əlbir olan həmyerlilər, ümumi dəyəri 9357,50 manat olan oğurladıqları elektrik xətlərini "Kamaz" markalı yük avtomobilində rayon ərazisindən çıxarmağa çalışarkən Balasoltanlı stasionar polis postunda saxlanılıb. Bundan sonra Qarabağ RETSİ-yə baş vermiş hadisə ilə bağlı məlumat verilib.
Məlum olub ki, təqsirləndirilən şəxslər bir ay müddətində həmin elektrik xətlərini kəsərək, elə kəsdikləri yerə yaxın olan yerlərdə gizlətməyi qərara alıblar. Onların yük maşınından çıxarmağa çalışdığı elektrik xətləri taladıqlarının bir qismi olub.
Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyi bildirilib.
Qeyd edək ki, əslən Ağsudan olan Azər 10 ildir sözügedən şirkətdə işləyib, briqada rəhbəri olub. Əmrah isə həmyerlisi Azərin köməkliyi ilə şirkətə fəhlə kimi yeni işə düzəlib.
Əlavə edək ki, "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətinin Azərbaycan filialı 2007-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Şirkət əsasən yol tikintisi və təmiri, eyni zamanda su və kanalizasiya xətlərinin tikintisi layihələrini həyata keçirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir





