Cəmiyyət

“Bütün dini şüarlar küçələrdən yığışdırılmalıdır” - Fazil Mustafa

4 Avqust 2022 21:39
28 Şərh     Baxış: 1 985

"Ümumiyyətlə, soruşmaq lazımdır ki, dini şüar nə deməkdir? Dinin şüarı "Quran"da yazılıb. "Quran" ayələri də inşa edilən məscidlərin divarlarında əks olunub. Bundan o tərəfə hansı dini şüar ola bilər? Bu, artıq dini şüar olmaqdan çıxır, olur siyasi şüar. Bəzən də bunlar başqa dövlətlərin Azərbaycan ərazisində üstünlüyünü, ölkəmizdəki ayrı-ayrı qrupları idarə etməsini ifadə edən atributlardır. Azərbaycan polisi nə etməlidir? Əlbəttə, bütün dini şüarları küçələrdən yığışdırmalıdır. Hansı dini şüar ola bilər? Bu şüar sizin inancınızla bağlıdırsa, inanc insanın qəlbində, sözündə olur. Buyurun, ibadətinizi edin. Dini şüar adı ilə başqa ölkələrin hansısa ideoloji kursunu Azərbaycan məkanında həyata keçirmək nə deməkdir? Gedib həmin ölkələrdə bunu edə bilərsinizmi? Həmin ölkələrdə küçələrə, divarlara Azərbaycanın Qarabağla və başqa dəyərləri ilə bağlı bir şüarını yaza bilərsinizmi? Ona görə də bu, birbaşa başqa ölkələrdən idarə olunan prosesdir və bu prosesin qarşısı alınmalıdır".

Milli.Az pravda.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti, polisi bu məsələdə tamamilə haqlıdır və daha sərt davranmalıdır: "Kimlərsə dini inancını həyata keçirmək, ya da özü üçün din adına inanc kimi qəbul etdiyi hansısa prosesi icra etmək istəyirsə, bunu öz daxillərində, evlərində, hansısa məkanda həyata keçirirlərsə, buna kimsə maneə olmur ki... Amma kimsə şüarları küçələrə yazacaqsa, sonu nə olacaq? Onda İslama aid olmayan başqa dinlərin də bütün şüarlarını küçələrimizə, divarlara yazsınlar? Buna hansı dövlət icazə verər? Həm də Azərbaycanda dini yox, dünyəvi dövlətdir. Hər şey bu dövlətin qanunlarına uyğun idarə olunmalı, tənzimlənməlidir. Ona görə də bu məsələdə hər hansı güzəştə yol vermək olmaz".

F.Mustafa qeyd edib ki, dində "şüar" deyə bir anlayış yoxdur: "Hansı anormal adam söyələyə bilər ki, dində divara yazılmalı şüar var? Hansı dinin şüarı var? Dini dövlət yoxdur ki, onun şüarı da olsun. Dinin mahiyyətini əks etdirən bütün kəlamlar ayələr formasında "Quran"da yer alır, Allah tərəfindən nazil olunub. Müəyyən qədər dini inancı əks etdirmək üçün bir çox məscidlərin divarlarında konkret ayələr ərəb əlifbası ilə yazılıb. Bir qrup insan başqa ölkələrdən təlimat alaraq burda dini ritualların xüsusi müdafiəçisi, qoruyucusu, hətta bəzən Allahın məsləhətçisi kimi, Allaha kömək edən, dəstəkçisi, müdafiəçisi kimi rolları ifa edirlər. Kim sizə bu səlahiyyəti verib?"

Deputat bildirib ki, hər kəs inancında sərbəstdir: "Konstitusiya bu hüququ verir. Amma inancı başqa insanlara qarşı təzyiq vasitəsinə çevirməyə kim icazə verər? Ona görə də bu məsələnin genişlənməsinə icazə vermək olmaz. Bu, təxribatdır və qarşısı asayişi qoruyan polislər tərəfindən alınmalıdır. Azərbaycanın gələcəyini təhlükə altına sala bilmərik. Bəzi başıboş adamlar bəlkə elə bilirlər ki, işlədikləri  dövlətin, xidmət, nökərçilik etdikləri ölkələrin ayrı-ayrı ruhanilərinin, din adamlarının ideyasını Azərbaycanda rahatlıqla yaya bilərlər? Dövlətin gələcəyini düşünən insanlar olaraq buna yol verməməliyik. Bu kimi məsələlər mübahisəyə açıq deyil. Əvvala, dinin şüarı olduğunu kimsə sübut etsə, onda müzakirə etmək olar ki, bunu hardan oxuyub? Hansı kitabda var? Sən özün üçün xəyali bir şeylər uydurmusansa, gətirib onu Azərbaycan cəmiyyətində dinin adına sırıyırsansa, artıq bu, hoqqabazlıq kimi anlaşılmalıdır. "Quran"dakı ayələri hər yerdə sərbəst oxu, ibadətini et. Sən mütləq hansısa şüarla cəmiyyəti ətrafına toplayıb, yanlış istiqamətlərə aparmalısan? İslam dininə dəxli olmayan tezisləri, fikirləri, görüşləri İslam adı ilə sırımaqla dini hörmətdən salmağın mənası nədir? Niyə ziyan vurursunuz bu gözəl dinə? Gözəl əxlaqı təbliğ edən dinə niyə yaramaz, avara hərəkətlərinizlə ziyan vurursunuz? Azərbaycanda vicdan azadlığı var və kimsə buna maneə olmur. Amma Azərbaycanda din adı ilə hansısa istismar azadlığı yoxdur. Dini atributlar, yalandan dini bayraqlar... Hardan almısınız bu bayraqları? İslamın hansı bayrağı olub? Azərbaycanın bir bayrağı var, o da Dövlət bayrağıdır. Başqa bayrağı onun yanına niyə din adı ilə "soxuşdurursunuz?""

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

28 Şərh:

  • Anonim
    EMIN · 4 Avqust 21:57311

    Allah hidayet elesin belesinide bunu deputat secenleride

    Cavab yaz
  • Anonim
    V.M · 4 Avqust 22:02212

    tarixin səhfəsin vərəqləsən görərsənki sənin əqidəsizlərin çoxu tarixin zibilliklərinə qovuşub.səndə olardan biri oliceysan.hər yer kərbala hər gün aşura ya Hüseyn

    Cavab yaz
  • Anonim
    Rast · 4 Avqust 22:1391

    Razıyam

    Cavab yaz
  • Anonim
    Ay Fazil bəy · 4 Avqust 22:16110

    Bu dediklərini sən özün edirsən, xəbərin var? Başıboş da, nökər də özünsən. Ölkənin daha vacib problemi var, bahalaşma. Gücün çatırsa ondan danış. Onu da deyim, adından qorxduğun Hüseyn iranlı olmayıb ha, ərəbdir.

    Cavab yaz
  • Anonim
    Bakili balasi · 4 Avqust 22:19142

    Beli,Azerbaycan dini olke deyil. Kim inanir,getsin evinde,ureyinde inansin. Olkeni irana cevirib mollalar

    Cavab yaz
    • Anonim
      Bakılı bəlasına · 5 Avqust 16:2300

      Əslin İrandan gəlmə ola ola İranı bəyənmirsən?

      Cavab yaz
  • Anonim
    asi · 4 Avqust 22:19121

    O dövlətçiyin məqsədi din, din yaymaq deyil..İranın məqsədi Azərbaycanda İslamı gözdən salmaqdı..Bax mən bunu bu gün bura yazıram( heç kim mız qoymasın), sonra nə vaxtsa, özünüz görüb, başa düşəcəksiniz..Azərbaycan İslamın nisbətən samballı və daha keyfiyyətli yaşadığı bir ölkədir və bu da iranı narahat edir, qonşuluğunda İslamın keyfiyyətcə üstün olduğu bir ölkə istəmir..Odur ki, özünün islam adına uydurduğu nağılları, xürafatı Azərbaycan xalqı arasında yaymaqla məşğuldur..Nə dövlət, nə polis İslamın düşməni deyil, İslamın düşməni onu gözdən salan irandır..

    Cavab yaz
    • Anonim
      22 19a · 5 Avqust 00:4227

      Söhbətin İrana nə aidiyyatı? İslam ölkəsi bircə İrandı, ay danabaş?

      Cavab yaz
      • Anonim
        asi · 5 Avqust 08:3721

        Mən tam məqalənin məzmununa uyğun şərh yazmışam, ay qanmaz..Azərbaycanda din adı ilə yayılan hər nədirsə, iranda olanın eynisidir və iranın əli ilə yayılır..

        Cavab yaz
        • Anonim
          08 37ə · 5 Avqust 13:4100

          Hə başın haqqı

          Cavab yaz
      • Anonim
        danabaş nəydi ala)))))) · 5 Avqust 09:3501

        axaxxaxa

        Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 4 Avqust 22:4359

    AŞURA ayı gələndə bəzi sionis başlar yenə xoddanır

    Cavab yaz
  • Anonim
    V.M · 5 Avqust 04:5026

    bu dövlətdə polisdə məmurda islam düşmənidi.bunu hər gün görürük.dünyada islam dini irandadi ona görə heç kimin gözü götürmür.qaldiki ölkəyə Azərbaycan tarix boyu dini ölkə olub əhli beyt sevərlər diyari olub olaceyda.kimin gözü götürmür özü bilər gedsin başın vursun divara.yaddanda çıxarmiyunki görkəmli şairlər yazarlar hamsı əhli beyt sevən olub.şiəliyə dil uzada bilməyənlər bugün iranı bəhanə edib iran adi altinda şiəliyə dil uzadir.prablem yoxdu həmişə belə olub sonraki aqibətləridə məlumdu

    Cavab yaz
    • Anonim
      asi · 5 Avqust 10:2201

      Yalan yazırsan, gözünün içinə kimi..Sizin probleminiz də zatən şiəliyi İslamdan ayrı din səviyyəsinə qaldırmanızdı..Əgər sizin məqsədiniz din və şiəlikdirsə, o zaman mənim sizin kimi düşünənlərə bir sualım var..Azərbaycanın 10 mln əhalisi arasında başqa dinlərə inananlar, sünnilər, vəhabilər və ateistlər də var..Amma Güney Azərbaycanın 30 mln əhalisi hamısı şiədir..O zaman bəs siz şiələr( yəni iranpərəst qismi) niyə Güneyin Azərbaycanla birləşməsinə qarşı çıxırsınız??..Niyə siz Azərbaycanda şiələrin sayının birdən birə 30 mln olmasına qarşı çıxırsınız??..Dərdiniz Azərbaycanda şiəliyin güclənməsi deyilki??..Gücləninda..indi tutaqki lap 5 mlndur, olsun 35 mln..Nədən qorxursunuz??..Təsəvvür edirsiniz məhərrəmlikdə aşurada milyonlarla izdihamı??..O zaman heç heç bir məmurun, polisin gücü də çatmaz sizə..Amma sizlər o saat valı dəyişirsiniz, Güney söhbətlərində..Yəni biz də bunları görür və izləyirik və bilirik ki, irana tulalıq edənlərin məqsədi din və şiəlik deyil..Sadəcə olaraq arqumetdir, əllərində..

      Cavab yaz
      • Anonim
        Din düşməninə · 5 Avqust 13:5500

        Ay asi, niyə təkcə Güneydən danışıesan? Niyə təkcə Güneylə birləşmək istəyirsən? Bəs Gürcüstandakı, Dərbənddəki, Qarsdakı, İqdırdakı torpaqlarımızı heç demirsən, ordakı soydaşlarımızla birləşmək istəmirsən. Niyə? Onlar azərbaycanlı deyil? Yox sənin dərdin soydaş dərdi deyil, dərdin İrandı. Azərbaycanlılar təkcə Güneydə yaşamır ay savadlı

        Cavab yaz
      • Anonim
        Din düşməninə · 5 Avqust 14:0000

        Ötən il Gürcüstanda azərbaycanlılar incidildi, onlara hücum oldu. Onda niyə səsin çıxmadı ay qərbə tulalıq edən?

        Cavab yaz
        • Anonim
          asi · 5 Avqust 15:0702

          İran tulası,mənə nağıl danışma..Suala konkret cvbın varsa, yaz, yoxdursa, uzaqda dur..Amma yenədə o mal başına izah edim..Dərbənddəki, Gürcüstandakı, Qars və İğdırdakı soydaşlarımızla vəziyyət Güney Azərbaycanla eyni deyil..Gürcüstanda olanlar başqa idi..Gürcüstanda azərbaycanlılar ən azı öz dillərində təhsul ala bilir və o sadaladığın yerlərin heç birində azərbaycanlılara qarşı milli etnik təzyiq, qırğın olmayıb..Amma sənin aftafa iranın minlərlə azərbaycanlını qətl edib, edir, ay şovinist..Həm Pəhləvi soysuzları, həm şərəfsiz molla rejimi dövründə minlərlə Azərbaycan türkü öldürülüb..

          Cavab yaz
          • Anonim
            Din düşməninə · 5 Avqust 16:1510

            Adını sevə sevə çəkdiyin aftafanı istehsal edəmmirsən. Onuda İrandan alırsan. Hələ dilin də var danışmağa. Kənardan çox iyrənc görünürsən, sən uzaq dur. Soydaş dərdi çəkənimə bax.

            Cavab yaz
          • Anonim
            Asiye · 5 Avqust 16:3200

            Ay asi, İrandakı soydaşlarımızın xəbəri varmi görən, burda onlarçün özünü lezvalayan var? Sən heç kimin dərdini çəkmə bala, soydaşların yaxşıdı hamısı.

            Cavab yaz
    • Anonim
      Sewa · 5 Avqust 11:0012

      *****ölkəyə Azərbaycan tarix boyu dini ölkə olub əhli beyt sevərlər diyari olub olaceyda******Qanmadığın bir şeyi gercek kimi göstermene gerek yox savadsız. Erebler gelene qeder Azerbaycanda bütperestik olub, ateše sitayiş olunub. Get ondansa sivil kitablar oxu.

      Cavab yaz
      • Anonim
        Din düşməninə · 5 Avqust 13:4700

        Özünü hələk vələk elədin, sevasan nəsən.

        Cavab yaz
  • Anonim
    V.M · 5 Avqust 04:5235

    ay fazil Quran ayələri təkcə məscidə yazmaqla deyil bütün hər yerə yazmaq lazimdi.Quran bütün bəşəriyətə nazil olub.sənin kimi qanı xarablar hardan bilsin

    Cavab yaz
  • Anonim
    Sewa · 5 Avqust 07:3482

    Tamamile doğru söyleyir. Plyaya qadın getmez, kišilerin şortik geymeye yasaq, arxasında kimler durur? Bunlar araşdırılıb, temamile yığıšdırılmalıdır bele şeyler. Kraskalanmış saqqallılara qulluq edenlerin sayı coxala biler. Her kesin dini-imanı özüne, men bilerem, allah biler. Savabımda, günahımda özüme.

    Cavab yaz
    • Anonim
      Sevaya · 5 Avqust 10:0210

      Buyur get şortikini geyin. Elə şortikini əsas geyin heç olmaya. Şortiksiz gəzmə heç olmaya.

      Cavab yaz
  • Anonim
    Maya · 5 Avqust 11:2241

    Əhsən Sizə Fazil bəy. Siz və bizkimilər əks kommentariyalara əhəmiyyət verməməliyik. Bəli düz buyurursuz. xaricdən idarə olunanlara bu fikir sərf eləmir. Gəlirləri azala bilər. Azərbaycanın qələbəsinə sevinməyənlər din pərdəsi altında ölkəmizi məhvə sürükləyirlər. Həmin Sizə danabaş deyən eşşəklər də onların qulbeçələridir. Allah onların cəzasını verəck Necə ki, verir. Ağıllı, savadlı insanlare Sizi gözəl başa düşürlər. Çox sağ olun. Sizə böyükpböyük təşəkkürlər. Yaşasın dini əqidəli insanlar - Quranı oxuyub konistitusiya kimi qəbul edənlər.

    Cavab yaz
    • Anonim
      Mayasan nəsən · 5 Avqust 16:2101

      Adını çəkdiklərinə sən daha çox oxşadın.

      Cavab yaz
  • Anonim
    Şəbnəm · 5 Avqust 16:1803

    Tulalar hürür yenə. Məhərrəm ayı gələn kimi canlarına bit düşür bir coxunun.

    Cavab yaz
    • Anonim
      Şəbnəm xanıma · 5 Avqust 23:4902

      Birazdan sakitləşəcəklər. Hüseynin adından görün necə qorxurlar.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics