Cəmiyyət

Rayona getmək istəyənlərin nəzərinə: Səyahət sığortası etdirin - VİDEO

15 İyun 2022 16:15
0 Şərh     Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayda vətəndaşlarımız istirahət üçün daha çox rayonlara üz tuturlar. Çünki bölgələrə səyahət etmək əksəriyyət üçün əlçatan olur. Ancaq bəziləri xərclərini biraz da azaltmaq üçün turpaketlərdən yararlanmağa çalışırlar. Xüsusilə fərdi qaydada, müxtəlif şəxslər tərəfindən təşkil edilən turlar daha ucuz hesab olunur. Bu zaman isə bir çox hallarda sığorta məsələsi arxa planda qalır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, turizm üzrə ekspert Eldar Dərgahov deyir ki, belə turlarda əsas problem səyahət edən şəxslərin sığortalanmamasıdır. Ekspert sözlərinə görə, xaric ölkələrə səyahət zamanı sığorta məsələlərinə ciddi yanaşılsa da, daxili turlarda bu tələb qoyulmur. 

Ekspert deyir ki, daxili turlar zamanı səyahət edənlərin sığorta edilməsi ilə bağlı konkret tələb yoxdur. Bu da fərdi turizmlə məşğul olanlarda arxayınlıq yaradır. Eldar Dərgahovun həmçinin bildirir ki, sığortalanma zamanı turistin özü ilə yanaşı, üzərindəki əmlakıda nəzərə alınmalıdır.

Bir neçə turizm şirkəti və fərdi qaydada tur təşkil edənlərlə də əlaqə saxladıq. Bildirdilər ki, səyyahət zamanı onlara müraciət edən vətəndaşlardan sığorta tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.