Cəmiyyət

Bu avtomobil sahiblərinə pul veriləcək - VİDEO

25 May 2022 07:27
2 Şərh     Baxış: 2 287

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.

Milli.Az bildirir ki, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.

O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:

"Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir".

O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Seid · 25 May 08:4810

    İsh yeri achin insanin ozu mashinini deyishecek. S class mersedesde geden NAZİR ve ya onun 6-ci muavini 300 manat deyeri olan mashinin yeyesinin veziyyetini anlayacaq? inanan dasha donsun!!!!!

    Cavab yaz
  • Anonim
    Elshan · 25 May 10:5510

    Sual: Niye mecburi edilmir? Cavab: Chunki saz veziyyetde olan mashinla temin edilmelidir hemin vetendash. Guzeshtli kredite hec kim getmek istemez... Berbad gunde olan 30-40 ilin mashiniyla ne qazanir ki, hele "yeni alacagi" mashindan kredit de odesin...?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics