Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, bu körpü Ələt-Astara magistral yolunun tikintisi ilə əlaqədar salınır. Həmin istiqamətdə iki körpü olsa da, yalnız birindən istifadə olunur. Məhz işlək körpünün üzərindən nəqliyyat vasitələri Ələt-Astara istiqamətində hərəkət edə bilir.
Mürəkkəb konstruksiyaya malık olan yeni körpünün tikintisi "Azərkörpü" açıq səhmdar cəmiyyəti tərəfindən həyata keçirilir. Tikinti meydançasına 30-dan çox müxtəlif təyinatlı texnika və 220 nəfərlik işçi qüvvəsi cəlb olunub. Bunların da əksəriyyəti körpüsalma sahəsində əsl mütəxəssislərdir. Çuxanlı kəndi ərazisində tikilən yeni körpünün uzunluğu 361 metr, asma hissəsi isə 150 metr olacaq. Bundan başqa, körpünün 5 aşırımlı olması nəzərdə tutulub. Kür çayının sağ və sol sahilini birləşdirəcək yeni körpünün eni 30 metr olmaqla 4 zolaqlı yoldan ibarət olacaq.
Azərbaycanda analoqu olmayan bu asma körpü ən yeni standartlara cavab verəcək. Qısa müddətdə "Azərkörpü"nün mütəxəssisləri tərəfindən xeyli iş görülüb. Yeni körpü bir sıra özəllikləri və üstünlükləri ilə digərlərindən fərqlənir. Hazırda 6 dayaqdan 3-ü tam hazırdır, digər dayaqlarda da son tamamlama işləri görülür. Smeta layihə dəyəri 35 milyon manat olan yeni asma körpünün 2013-cü ilin əvvəlinə kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulub. O vaxta kimi Ələt-Astara magistral yolunun yeni hissəsinin də tikintisi tam başa çatdırılacaq.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda analoqu olmayan asma körpü inşa edilir
24 Mart 2012 17:04
0 Şərh
Baxış: 7 213

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sən mənim səsimlə nəfəs alırdın"
-
Partlayış səsləri olacaq - MN
-
Yenə KONKAKAF Kubokunun qalibi oldular
-
Türk hərbçilərinin şəhid olduğu o MAĞARA - Yenilənib - VİDEO
-
Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı - FOTO
-
Qızının qatilini öz əlləri ilə cəzalandıran ana – Onun ölümünə nə səbəb oldu? - FOTOlar
-
Ərdoğanla görüşdüyünə görə Kreml QƏZƏBLƏNDİ
-
Yəməndə “Qara bayraq” əməliyyatı başladı
-
Eldar Salahova yüksək vəzifə verildi
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq? - Qara günləriniz indi başlayır
-
Həmin qəzada ölən ər-arvadın FOTOsu
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə...
-
Əməkdar artist: "Fransada Üzeyir Mehdizadəyə görə FƏXR ETDİM" - VİDEO
-
İsrail Livanı BOMBALADI
-
Məşhur şadlıq sarayında FACİƏ: ölən var
-
“Tottenhem”in ulduzu komandadan gedir
-
Xatirə dəyişib belə oldu - FOTO
-
Tələbə qızdan inanılmaz fırıldaq - FOTO
-
"Çoxu deyir ki, anamın cavan vaxtlarının 2025 versiyasıyam" - VİDEO
-
Yer üzündə ilk "zombilər" nə vaxt peyda olublar? - FOTO
-
Cəfəri bu xəstəliklərin dərmanıdır
-
Bu şəxslər üçün gün eynəyi taxmaq TƏHLÜKƏLİDİR
-
Dele Allinin yeni sevgilisi İran əsilli Parmidanı görənlər MAT QALDI - FOTOlar