“Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, iki "qanuni oğru"nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu ala bilərdi. Amma oğru qanunları qadına ad almağa icazə vermirdi.
Əvəzində isə bu bakılı qıza "oğruların anası" titulu verilmişdi.
Bakıda, yəhudi ailəsində anadan olmuşdu Kalina Nikiforova.
Çox erkən ərə getmişdi. Atası da yox, babası yaşlı kişiyə. Əri zərgər idi Kalinanın. Ailə qurandan bir neçə il sonra əri dünyasını dəyişir. Onun var-dövləti isə Kalinaya qalmışdı. İlk baxışdan adama elə gəlirdi ki, bu qədər var-dövlət ona ömrünün sonuna qədər bəs edəcək. Amma Kalina başqa yolu tutdu.
Milli.Az oxu.az-a istinadən bildirir ki, əvvəlcə Bakının ən məşhur mağazalarından olan "Beryozka"da (şəhərdə valyuta ilə alver edilən yeganə məkan idi) işə düzəlir. Qısa zamanda özü də kifayət qədər pul qazanır. Çox keçmir ki, təkcə valyuta satanların, fırıldaqçıların yox, həm də məmurların diqqət mərkəzinə düşür. Bir qədər də keçir, adı varlı adamların evlərinin qarət edilməsində hallanır. Və həyat sanki onu həbsə yuvarlayırdı.
Deyilənə görə, 70-ci illərdə Yuri Qorbatıy adlı qanuni oğru əsasən yəhudilərdən ibarət və Kalinanın da üzvü olduğu "Xunta" adlı qrup yaradıbmış. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Gömrük işçiləri arasında öz adamlarını yerləşdirən "xaç anası" İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. 1975-ci ildə, 30 yaşındaykən Kalina həbs edilir. Nikiforovaya üç il həbs cəzası kəsilir. O, Mojayskdakı həbsxanaya göndərilir. 3 il ərzində bütün qadın dustaqların hörmətini qazanır, onların hamisinə çevrilir. Həbsxanada qadınlara qarşı haqsızlığa üsyan edir, dəfələrlə "kars"a salınır. Tezliklə, Kalinanın adı İttifaq miqyasında kriminal aləmdə məşhurlaşır.
Həbsdən çıxandan sonra Bakıya qayıtmır. Moskvada məskunlaşır. Kriminal aləmdə "Yuliya" ləqəbi ilə tanınır. Həmin vaxt isə gələcəyin məşhur "qanuni oğru"larından olan Vyaçeslav İvankov, "Yaponçik"lə tanış olur.
Sovet dövründə işsiz adamı tüfeyli həyat tərzi keçirməkdə günahlandırırdılar. Buna görə də, Moskvadakı pivə barlarından birində ofisiant kimi işə başlayır. Elə İvankovla da burada tanış olur. Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağa Viktor adı verilir. Maraqlıdır ki, illər keçəcək, Viktor da "qanuni oğru" titulu alacaqdı.
Oğru qanunlarına görə belə adamlar evlənməli, ailə sahibi olmalı deyildilər. Ancaq "oğru dünyası"nda onları "oğru ailəsi" hesab edirdilər.
40 yaşlarında bu qadın artıq milyonçu idi.
Kalina Nikiforova bir neçə gizli kazino açmışdı. Oradan külli miqdarda pul axırdı xəzinəsinə. O pulların böyük hissəsi isə həbsxanalara, imkansız dustaqlara göndərilirdi.
80-ci illərin əvvəllərində onun biznesinin əsasını Yakutiyadan gətirilən qaçaq brilyant və almaz təşkil edirdi. Həmin qiymətli əşyalar isə İsraildən tutmuş keçmiş sosialist düşərgəsi ölkələrinədək imkanlı şəxslərə satılırdı.
"Yaponçik" növbəti dəfə uzun müddət həbsə getdikdən sonra özünə yeni ər tapmışdı. Bu adam "qanuni oğru", "Professor" ləqəbli Rubik Sarkisyan idi. Ömrünün son illərini Kalina və Rubik İrəvanda keçirmişdilər.
80-ci illərin sonunda onlar Amerikaya getməyə cəhd göstərdilər. Hər şey dəqiqliklə hazırlandı. Hətta hansı şəhərdə məskunlaşacaqları belə bəlli idi.
Amma hər şey qəfil dəyişdi.
1988-ci ilin fevralında Kalina gözlənilməz şəkildə ürək tutmasından vəfat etdi.
Kalina yuxarıda dediyimiz kimi, "qanuni oğru" adı ala bilməzdi. Araşdırmaçı-jurnalist İlqar Əlfinin Lent.az-a dediyinə görə, indiyədək heç bir qadına "qanuni oğru" adı verilməyib. "Eləcə də Kalinaya. "Pəncəli Aslan" Klara, Fatma, bəli bunlar avtoritet olublar. Amma "qanuni oğru" olmayıblar. Fatmadan soruşurdum ki, niyə qadınlara "qanuni oğru" adı verilmirdi. Deyirdi, qadınlar hisslərinə çox tabedilər. Çünki məsuliyyətini çəkə bilmirlər. Ona görə də, onlara ad verilmirdi və düz də deyirdi".
Hə, ad verilməmişdi. Amma SSRİ-də onu "qanuni oğrular"ın anası kimi tanımışdılar...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
XƏBƏR LENTİ
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq





