Cəmiyyət

Ukrayna-Rusiya müharibəsində əsir düşən azərbaycanlı tələbə - VİDEO

23 Aprel 2022 19:26
0 Şərh     Baxış: 2 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bilirdik ki, müharibə olacaq, amma bu qədər dəhşətli olacağını bilmirdik".

Bunu BBC-yə Ukraynada müharibə başlayan zaman Mariupol Universitetində təhsil alan 20 yaşlı azərbaycanlı tələbə Hüseyn Abdullayev deyib.

Müharibə başlayanda H.Abdullayev Mariupolu tərk edib, yolboyu Rusiya hərbçilərinin qurduqları bir neçə postdan keçsə də, sonuncuda onu saxlayıblar.

"Sənədlərimizi yoxlayandan sonra bizi soyundurdular. Onlar döyməmizin olub-olmadığını yoxlayırdılar. Məndə olmasa da, sürücümüzün ayağında çıxdı. Hamını avtomatın qundağı ilə döyməyə başladılar", - deyə H.Abdullayev bildirib.

Tələbə saxlanıldıqdan sonra həbsxanaya aparılıb. Onu ruslara qarşı döyüşən hərbçi adlandırıblar.

H.Abdullayev əsirlikdə işgəncə gördüyünü bildirib. Daha sonra onu dostları xilas ediblər.

Ətraflı süjeti təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.