Cəmiyyət

Azərbaycanda sünnət dəhşəti: Həkim uşağın cinsiyyət orqanını kəsdi - VİDEO

2 Fevral 2022 22:25
1 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sünnət zamanı iki yaşlı uşağın cinsiyyət orqanının yarısı kəsilib, daha sonra həkim başqa bir həkimə zəng edərək kömək istəyib.

Milli.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə Bakı xəstəxanalarının birində yaşanıb.

Bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimidir. Həmin həkim etdiyi səhvlə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.

Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.

Toğrul Ömərov deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə sünnət edir. Bunun isə ağır fəsadları olur.

Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.