Cəmiyyət

Fizuli Ələkbərovun daha bir şirkəti ləğv olundu

1 Fevral 2022 08:12
0 Şərh     Baxış: 2 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus daha bir şirkət ləğv olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "İMPROTEX MOTORS" MMM "İMPROTEKS" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və "İMPROTEKS" MMC-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.

Qeyd edək ki, bundan öncə "Improtex Group" MMC-yə daxil olan "Improtex Trading" MMC də ləğv olunaraq holdinqin digər şirkəti - "Improtex Motors" MMC-yə qoşulduğunu elan etmişdi.

Xatırladaq ki, F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.