"20 Yanvar günü ev paltarı geyinib, əlimə dəsmal aldım, özümü elə göstərdim ki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, dünyaca tanınmış fotoqraf Reza Degati moderator.az-a açıqlamasında 1990-cı ilin 20 yanvar günü Bakıda baş verən o qanlı gündən danışıb. O gün bəşəriyyətin ən qəddar faciəsinin yaşandığını bildirib:
"Azərbaycanın başında qara buludlar aldığından xəbərdar idim. O dönəmlər Azərbaycana gəlmək çox çətin idi. Sanki yaşananları öz gözümlə görmək üçün Allah mənə kömək edirdi. Biz Azərbaycana Moskvadan gəlirdik, ancaq rus əsgərləri bizə viza vermirdi. Xarici media nümayəndəsi kimi də gəlməyə ixtiyarımız da yox idi. Çarəsiz idik. Bir çox tanınmış xarici media nümayəndələri də Azərbaycana gəlmək istəyirdi. Onlara da heç bir şərait yaradılmırdı. Mən isə həqiqətən də o günlərdə Azərbaycanın yanında olma istəyirdim. Azərbaycanlı dostlarım məni qatarda gizlədərək Bakıya gətirdilər. Moskvadan Bakıya 48 saatlıq yolu gizlənərək gəlib, özümü paytaxta yetirdim. O zaman şəhərdə güclü yoxlanış var idi. "20 Yanvar" hadisələri zamanı mən Bakıda idim. Şəhərdə nəzarət gücləndirilmişdi. Küçələrdə rus əsgərləri hər kəsə nəzarət edirdi. Həmin illər heç kimin fotoaparatı yox idi.
Əsgərlər kimin əlində nə görürdülərsə alırdılar. Bakının arxa tərəfində rus tankları vardı. Mən də o mənzərəni çəkməyə çalışırdım. Ancaq heç bir şərait yox idi. Vəziyyəti belə gördükdə tankların olduğu məhəllədə bir evə girdim. Ev paltarı geyinib, əlimə dəsmal aldım, özümü elə göstərdim ki, guya pəncərəni təmizləyirəm. Paltarın altında isə fotoaparatla tankları çəkirdim. Çox çətin illər idi...
20 Yanvar gecəsi həlak olan vətəndaşları dağ üstü parkda dəfn etməyə gətirirdilər (Dağüstü parkın əvvəlki şəkillərini göstərir. Birdən bir qadın rəsmi qarşısına çıxır, şəkli mənə uzadıb, danışır-X.R.). Orda bir qadın vardı, oğlunu dəfn etmişdilər. Qadın günlərlə o məzarın başından getmirdi. Deyirdi ki, burda uzanacam məni oğlumun yanında basdırarsınız. Qadın oğlundan sonra yaşamaq istəmirdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir





