Cəmiyyət

Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub

1 Dekabr 2021 20:06
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin 11-ayı ərzində Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİÇS Mərkəzinin rəhbəri Famil Məmmədov deyib.

O bildirib ki, xəstəliyə yoluxan şəxslərin 432-si kişidir.

"Bu il QİÇS-ə yoluxan şəxslərdən 635-i Azərbaycan vətəndaşı, 19-u əcnəbidir.

Ümumilikdə, QİÇS-ə yoluxanların 78,5 faizi 29 yaş qrupuna aid şəxslər, 2 faizi isə 17 yaşa qədər olan uşaqlardır", - deyə mərkəz rəhbəri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.