Şou-biznes

Elza Seyidcahan və iş adamı arasında qalmaqal - “58 mindən çox pulu bizə ödəməlidir”

26 Noyabr 2021 04:33
1 Şərh     Baxış: 3 119

Əməkdar artist Elza Seyidcahan və iş adamı Rüstəm Kərimzadə arasındakı problem yenidən gündəmə gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, tərəflər "Təsir dairəsi" verilişində qonaq olublar. Sənətçinin qızı Gülşənin adına olan obyektlə bağlı yaranan münaqişə proqramda müzakirə olunub və hər iki tərəf vəkilləri ilə birgə qarşı-qarşıya gəliblər.

Seyidcahan anasının və digər ailə üzvlərinin sözügedən şəxslər tərəfindən təhdid olunduğunu, hədələndiyini bildirib:

"Bizim məsələ ilə əlaqəli şahidlərimiz var. Baxmayaraq ki, Ali Məhkəmə qərar verib ki, 57 min manat borcum var. Halbuki nə şahidləri, nə də bizi dindiriblər. Yenə də o qərara hörmətlə yanaşırıq. Lakin sosial şəbəkələrdə Rüstəm Kərimzadənin havadarları məni təhqir edirlər"

Sənətçinin anası isə həmin obyekti 6 il R. Kərimzadə və daha bir neçə nəfərə icarəyə verdiklərini, həmin şəxslərin məkanı təmir etdiklərini söyləsələr də, buna əməl olunmadığını bildirib:

"Onlar çox yalan danışırlar. Həmin obyekti 6 il işlədiblər. Hər yeri sındırıblar, guya təmir ediblər. Bizə bir qəpik pul verilməyib, qazı və işığı birbaşa ediblər. Hərəsindən 300 manat borc gəlib. Biz hər zaman qanunla iş görmüşük. Bizi təhdid ediblər. Faiq adlı şəxs və onun iki oğlu həbsdədir. Rüstəm isə dördüncü adamdır. Faiq oradan tapşırır, bu bizi təhdid edir".

R. Kərimzadə bu ittihamları qəti şəkildə qəbul etməyib. O iddia edib ki, əksinə Seyidcahan və ailəsi onları aldatmağa çalışıb:

"Mən bir anaya əl qaldırmamışam. Deyirlər ki, görüntülər var, amma məhkəməyə təqdim etməyiblər. Bu məsələ 2016-cı ildə başlayıb. Biz danışdıq ki, təmir xərclərini ödəyirik, lakin sizə verdiyimiz aylıq ödənişlərdən həmin xərcləri çıxacağıq. Sonradan anladıq ki, onlar bizi aldatmaq istəyirlər. O dövrdə özləri gəldilər, gördülər ki, ustalar işləyir, təmir işləri gedir. Kimsə kimsənin obyektində 3 aydan çox qanunsuz qala bilməz. Nə isə... Təmirin bitməsinə iki gün qalmış Elza xanım bir neçə nəfərlə gələrək qeyri-etik hərəkətlər edib, bizim oradan çıxmağımızı istədi. Nəticədə bu məsələ Nəsimi Rayon Polis İdarəsi, ardınca Nəsimi Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəməyə qədər çatdı. Məhkəmənin qərarı ilə 58 mindən çox pulu bizə ödəməlidirlər. Sadəcə bu üç il ərzində həmin pulu ödəməmək üçün hər yola əl atırlar".

Bu zaman Əməkdar artist Kərimzadənin iddialarını yalanlayaraq Faiq adlı şəxsin onu təhdid etdiyini bildirib:

"Mənə həmin Faiq dedi ki, bunun başının bir gülləsi əskikdir. Hətta stulu götürüb pəncərəyə atdım. Faiq ustanı təpiklə vururdu ki, açarı dəyişməsin".

Aparıcı Lalə Azərtaş isə bu məsələnin verilişin növbəti buraxılışında da müzakirə olunacağını söyləyib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Azura · 26 Noyabr 09:2201

    Elzada uzadire bu məsələni.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.