Şou-biznes

Afaqdan Damlaya - “Səsini mərsiyə deyənlərə oxşadırlar”

26 Noyabr 2021 02:33
0 Şərh     Baxış: 1 793

Tanınmış müğənni Damla Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" verilişinin qonağı olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi verilişə 45 dəqiqə gecikib. O gələnədək isə aparıcılar Afaq Gəncəli və Tural Əsədov ifaçının köhnə və yeni tərzini, kliplərini müzakirə edib.

Afaq Gəncəli Damlanın səsini mərsiyə deyənlərin səsinə oxşadıb:

"Damlanın səsini mərsiyə deyənlər var, mənə neçə nəfər deyib ki, ona bənzədirlər. Mərsiyə deməyi də bacarmaq lazımdır".

Daha sonra aparıcı Damla gələndən sonra ona "Eşitmisən, sənin səsini mərsiyə deyənlərin səsinə oxşadırlar" sualını ünvanlayıb. Müğənni isə ona belə cavab verib:

"9 il ərzində nə eşitmədim, nələrlə üzləşmədim, nə demədilər, mərsiyə səsinə də bənzəyir dedilər, səsi yoxdur dedilər, musiqi təhsili yoxdur dedilər, kitab üzü açmayıb dedilər. Bir ifaçının imicinə zərər verəcək hər sözü dedilər. Şəklimi də cırdılar, "radioda səsi gələndə qulaqlarımı bağlayıram" da dedilər, məclislərdə olanda utana-utana oxuduğum zaman görürdüm ki, qulaqlara pambıq gedir, salam verdiyim zaman üzlərini çevirirdilər. Bunların səbəbi hər zaman susmağım olub. Bəlkə mən də onlarla onların dilində danışsaydım, belə olmazdı".

A.Gəncəli Damlaya "Mərsiyə deyə bilirsən? Məktəb oxumusan?", - deyə, bildirib.

O isə "Mərsiyə deməyi yoxlamamışam, 11 il orta məktəb, 5 il orta ixtisas musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetini oxumuşam" sözləri ilə aparıcıya cavab verib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.