“Tayım deyilsən” - iki xanım bloger arasında dava
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün blogerlər Xatirə Yüzbəyova və Leyla Hüseynova (Leila Land) arasında qalmaqal yaşanıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, tərəflər ad çəkməsə də, instaqramda bir-birinə söz atıblar. Belə ki, X.Yüzbəyovanın izləyicisindən gələn "Reklamı neçəyə edirsiz" suala "Xahiş edirəm, mənə özümü tərifə imkan yaradacaq, fəlsəfi fikirlərlə cavab verə biləcəyim suallar verin" cavabını yazıb.
Leyla sözügedən paylaşımın ona həsr edildiyini iddia edərək bu sözləri qeyd edib:
"Bir insanın həyatı nə qədər maraqsız, nə qədər bədbəxt ola ki, onu saymadığım halda hələ də arxamca danışa. Başqa qapıya get, məndən sənə reytinq olmayacaq. Axı tayım deyilsən ki, atmacalarına cavab verim, əsla da olmayacaqsan. Sənə üzülürəm, amma istədiyin qədər danış. Aramızdakı fərq də budur, qəpiklər səs çıxarır, manatlar isə çoxalır. Yəni, balacalar danışar, böyüklər danışılar misalı.
Söz-söhbətdən, qeybətdən, şər-xətadan uzaq qalmaq üçün hər kəsdən uzaq durmuşam. Heç kimə söz atmıram, cavab vermirəm. Varlığını belə xatırlamadığım biri haqqımda durduğum yerdə söz atır, qaralamağa çalışır. Siz məni maraqlandırmırsız, mən niyə sizi maraqlandırıram? Alıb-verə bilmədiyiniz nədir? Öz işimdə-gücümdəyəm, sizə də elə məsləhət görürəm. Bu qədər paxıllıq ziyandır. Çünki başqa səbəb tapmıram.
Belə paylaşıma görə izləyicilərimdən üzr istəyirəm. Normalda sevmədiyim və etmədiyim bir şeydir. Sadəcə ilk və son dəfə yazdım ki, yəni görürəm, susuramsa, mədəniyyətimdəndir. Belə davam etmək isə sizin mədəniyyətinizdəndir. Artıq hamı hər şeyi çox gözəl görür. İndi istədiyiniz qədər söz atın, sadəcə öz işlərimlə cavab verəcəm, necə ki, bu zamana qədər də belə edirdim. Bu isə ilk və son idi".
X.Yüzbəyova isə həmkarına video paylaşaraq cavab verib:
"Susduqca adamın başına çıxırsız. Bu, mənim şəxsi səhifəmdir. Nə istəyirəm paylaşıram. Kimisə təhqir etməmişəm, instaqramın qayda-qanununu pozmamışam, tərbiyəsizlik etməmişəm. Sual veriblər, sadəcə yumorla cavab vermişəm. Kimsə bunu özünə götürübsə, bunun mənə aiddiyyəti yoxdur. Məni tanıyan tanıyır, özümü sübut etmək məcburiyyətində deyiləm. Sadəcə hər şeyin vaxtı var. Gündə yüz bloger storisində təhqir və tənqid dolu paylaşım edir, söz atır, niyə mən o yazıları üstümə götürmürəm axı? Çünki bilirəm ki, o sözlərə layiq deyiləm. Haqqımda heç bir doğruluq payı olmayan, şəxsiyyəti alçaldan rəy görsəm, işimi-gücümü atıb həmin insanları tapacam, hüquqi müstəvidə həll edəcəm.
İnanın ki, pafoslu və təhqirlə oldu cümlələr qurmağı mən də bacarıram. Amma ehtiyac varmı? Əlbəttə ki, yox, siz məni belə tanımamısız. Heç vaxt da tanımayacaqsız. Bu da aradakı fərq olsun. Artıq neçənci dəfədir ki, saxta profillərdən təhqir olunuram. Keçən dəfə susdum. Amma bu dəfə susmayacağam. Mənim nə günahım var ki, kimsə nəyisə üstünə götürüb? İndi heç nə paylaşmayım ki, kimsə üstünə götürər? Nə əlaqə?".
Qeyd edək ki, sosial mediadakı iddialara görə, X.Yüzbəyova dəfələrlə ad çəkmədən Leylaya söz atıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov





