Şou-biznes

“Azərbaycanlı iş adamı ilə evlənmək istəyirəm” - Bahar Candan

13 Oktyabr 2021 13:18
5 Şərh     Baxış: 2 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, TV 8-də yayımlanan "İşte Benim Stilim" proqramı ilə məşhurlaşan sosial şəbəkə fenomeni Bahar Candan OLAY-ın suallarını cavablandırıb.  

Hazırda İnstaqram platformasında 563 mindən çox izləyicisi olan Candan Azərbaycana heyran olduğunu bildirib. TV ulduzu azərbaycanlı iş adamı ilə ailə qurmaq istədiyini açıqlayıb:

"Azərbaycan deyəndə ilk olaraq ağlıma bayrağı, yeməkləri və mahnıları gəlir. Bakıdan Pərvin Abıyeva və Solmaz Bagiyevanı (iş xanımı- red) tanıyıram. Onlar mənim yaxın dostlarımdır. Azərbaycanda reklam ulduzu olmağı çox istəyirəm. Azərbaycan uşaqlığımdan gördüyüm kimi Türkiyəyə yaxın olan və ölkəmlə yaxşı münasibət quran bir dövlətdir. Bakıdan olan bir iş adamı ilə evlənməyi çox istəyirəm". 

Bundan əlavə, o, "Survivor All Star"da yer alacağı barədə məlumatları da təkzib edib.  

Bahar ancaq moda yarışmalarında yer alacağını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.