Türkiyənin məşhur aktrisa və müğənniləri Bodrumdan tətil fotoları ilə gündəmə gəliblər. Onların arasında son dövrlərin ən məşhur aktrisalarından Melis Sezen də var.
Milli.Az haberturk-ə istinadən xəbər verir ki, ötən gün qaldığı otelin körpüsündə bikinili poza verən Sezen şəkillərini paylaşıb.
Eləcə də, Yiğit Marcus Aral ilə münasibətlərinə bir şans verən Miss Turkey 2018 qalibi Şevval Şahin Bodrumda günəşdən və dənizdən zövq alır.
Bu yaxınlarda imicini dəyişən və saçını kəsdirən aktrisa Hande Doğandemir tətilindən olan bölümlərini izləyiciləri ilə tez-tez paylaşır. Məşhur müğənni Ebru Polat da iddialı yazılarına yenisini əlavə edib. Müğənni mavi bikinili pozasını izləyicilərinə təqdim edib. İş adamı əri Uğur Akkuşla qayıq tətilində olan keçmiş model Ebru Şallı, qarpız şəkilli dəniz dibində çimərlik geyimi ilə çəkdiyi bu çəkilişini izləyiciləri ilə bölüşüb.
Kamran Seyidov
Milli.Az