Şou-biznes

"Ərimin başqa qadınla öpüşdüyünü görsəm..."

5 Avqust 2021 18:00
2 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin kral ailəsinin kürəkəni Cek Bruksbankın yaxtada görüntüləndiyi qadınlardan biri italiyalı model Erika Pelosinidir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model paparatsilərin çəkdiyi fotolara görə peşman olduğunu bildirib. 

"Bu fotoşəkillər insanları uyğunsuz nəticə çıxartmağa vadar etdi. İnsanların belə düşünmələri məni çox incidir. Əgər şahzadə Yevgeniyanı və Ceki utandırdımsa, üzr istəyirəm. Üstümün elə olması uyğunsuz idi. Şəkillərin çəkildiyini bilsəydim daha düzgün nəsə geyinərdim.

Əgər mən beş ay əvvəl doğum etsəydim və ərimin günəşin dadını çıxardığını görsəydim, onun adına sevinərdim. Amma başqa qadınla öpüşdüyünü görsəm heç də yaxşı olmazdı" deyə, model üzr istəyib.

Pelsoni fotolar mediada yayımlandıqdan sonra Cekə narahat olduğunu deyərkən onunla həyat yoldaşı arasında güclü bağ olduğunu hiss etdiyini açıqlayıb. O, mənə "Yevgeniya heç bir şey olmadığını bilir" dedi.

Model açıqlamasında yaxtada olarkən, yeni ata olan Cekin, körpəsi üçün darıxdığını tez-tez dilə gətirdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.