“Kabab-araq, araq-kabab sayəsində 120 kilo oldum“ - Aqil M.Quliyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"39-40 yaşıma qədər arıq olmuşam həyatda. Yaşıdlarıma gülmüşəm ki, qarnınız var, şişmisiz, köksüz. Sonra mən də başladım birdən-birə şişməyə. Baxdım ki, 120 kiloyam. Çox əziyyət çəkirdim. Ən böyük şoku və kompleksi əllərimin ayaqlarıma çata bilməyəndə yaşadım və dedim ki, artıq bəsdir".
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev "Ziq-zaq" proqramında qonaq olarkən deyib.
Axşam.az-ın ayzdığına görə, çəkisini itirdikdən sonra görünüşü ilə diqqət çəkən rejissor 4 il müddətində 120 kiloqramdan 77-ə düşdüyünü açıqlayıb:
"Azərbaycan xalqı kimi mən də araq-kabab, kabab-araq və sonu 120 kilo ilə nəticələndi. Böyük komplekslər yaşayırdım, efirə getməkdən boyun qaçırırdım, xəstəyəm və ya nəsə fikirləşirdim ki, getməyim. Şəhərə çıxa bilmirdim, mənimki o idi ki, çatım restorana oturum və deyim, gətirin.
Bir var sən uşaq vaxtından toppuş olasan və bu sənə yaraşsın, özünü rahat hiss edəsən. Amma mən özümü çox narahat hiss edirdim. Çox sadə resepti var. Bunu bir dəfə mənə idmançı dedi. Vüqar İslamzadənin "Zabit şərəfi" filminin çəkilişləri vaxtı, mənim kök vaxtlarım idi, o mənə dedi ki, yaman şişmisən, o özü isə arıqlamışdı. Mənə dedi ki, yavaş-yavaş ye. Bunu eşitdim və təbii olaraq tətbiq etmədim.
İnsan yeməyi yeyəndən sonra qida mədəsinə 3-7 dəqiqəyə çatır. Çox çeynəmək ona görə vacibdir ki, o birisi gedib çatsın ora. Hər şeyi də yeyirəm, onu olmaz, bunu olmaz yoxdur. Amma az-az və yavaş-yavaş yeyirəm. Hazırda 77 kiloqramam. Çəkim 4 ildə 120 kiloqramdan 77-ə düşdü".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
XƏBƏR LENTİ
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan





