Şou-biznes

İllərə meydan oxuyan model gözəllik sirrini paylaşdı - FOTO

7 İyul 2021 10:24
3 Şərh     Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial mediada paylaşımları və açıqlamaları ilə tez-tez gündəmdə olan türkiyəli model və aparıcı Dəniz Akkaya illərə meydan oxuyan bədən quruluşu ilə diqqət çəkir.

"Haber Global" məlumat verir ki, 43 yaşlı məşhur bu yaxınlarda verdiyi reportajda "ölməz olmaq üçün özümə yaxşı baxıram" deyərək gündəm yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Akkaya bədən quruluşunun və sağlam yaşamasının sirrini açıqlayıb.

"Üç gün boks, üç gün atletika və fitness məşqlərim var. Spirtli içki qəbul etmirəm, arada özümə mükafat olaraq şirniyyatla və 3 dəfə protein tərkibli yeməklə qidalanıram.

Aralarda qətiyyən yemirəm. Qəlyanaltıların səhv bir tətbiq olduğunu anladım. Səhər duran kimi bol su və kərəviz saplağının suyu içirəm", - deyə həftənin 6 günü idmanla məşğul olan Deniz Akkaya bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.