Yaşar Nurinin həyat yoldaşı:"İstərdim ki, 70 illik yubileyi keçirilsin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mart ayında mərhum xalq artisti Yaşar Nurinin ev muzeyindən onun aksesuarları oğurlanıb. Bu barədə sənətkarın həyat yoldaşı Rəhimə xanım açıqlama verib.
Milli.Az bildirir ki, "Sherg.az" da məsələnin nə yerdə qaldığını öyrənmək üçün Rəhimə xanımla əlaqə saxlayıb. O, oğurlanan əşyaların tapıldığını söyləyib:
"Lakin istintaqa görə, olayın detallarını danışmaq olarmı, bilmirəm. Yoxsa bəhs edərdim. Ümumiyyətlə, Yaşarla bağlı çox arzum var. Sentyabr ayında onun 70 illik yubileyidir. Hər halda dövlət səviyyəsində keçiriləcək. Teatrın da açılışı ola bilər.
Aidiyyəti qurumlara bildirmişəm. Cavabları məni qane etməyib. Hələ gözləyirik. Bilmirəm, bu durum nə qədər davam edəcək. Bunun pandemiya ilə əlaqəsi yoxdur. Həll oluna bilər. Laqeydlik yalnız mənə edilmir.
Mənim kimi mərhum aktyorların həyat yoldaşları var. Onlar da eyni problemləri yaşayırlar. Məsələn, Arif Quliyevin həyat yoldaşı ilə onun ölümündən sonra bir neçə dəfə danışdıq. Başa düşdüm ki, ailəsində nələr baş verir. Hələ onun vəfatından qısa müddət keçib, lakin problem yaşamağa başlayıblar.
3-5 il sonra nə edəcəklər? Başqa xalq artistinin həyat yoldaşı imkansızlıqdan gedib hansısa müğənnidən xahiş edib ki, gəlim evini təmizləyim. Bütün xalq və əməkdar artistlərinin , həyatını itirmiş sənətkarların ailələrinə nəzarət lazımdır.
Yalnız maddi deyil, həm də mənəvi dəstək, qayğı, yaxud da bayramlarda, özəl günlərdə təbrik etmək gərəkdir. Belə qayğı yoxdur. Anlamıram, bu,haradan qaynaqlanır. Buna qanun lazım deyil. Sadəcə zəng edib diqqət göstərilməldir. Bəlkə, onların rahatlıqla həll edə biləcəyi problemdir".
Rəhimə xanım hələ də Mədəniyyət Nazirliyinin onunla əlaqə saxlamadığını xüsusi vurğulayıb:
"Ona görə təəccüblənirəm. Halbuki Yaşar böyük şəxsiyyət olub. Mən tərifləmək üçün demirəm. O, ulduzlardan biri idi. 2012-ə qədər əldə etdiyi naliyyətlər, xalqın sevgisi var. Maddi cəhətdən də durumumuz yaxşı idi. Bağ evindən əşyaları oğurlananda Mədəniyyət Nazirliyinə müraciət etdim. Sadəcə açıqladılar ki, dövlət muzeyi olmadığı üçün qarışmırıq.
Zəng edib mənimlə danışa bilərdilər. Bundan gileylənirəm. Yaşarın sağlığında aldığı titullardan, Şöhrət nişanından bəhs edirlər. Onları özü qazanıb. Söhbət vəfatından sonra baş verənlərdən gedir. Bir ay əvəl səlahiyyətli bir xanımla danışdım. Çox soyuq söhbət etdi. Dedim ki, həyat yoldaşımı itirmişəm, gərək mənimlə anlayışlı danışasınız.
Dediklərimə reaksiya verməlisiniz. Yetmiş illik yubileyinin necə keçiriləcəyini öyrənmək istəyirdim. Bildirdi ki, pandemiyaya görə neçə nəfərin yubileyi keçirilməyib, siz tələsirsiniz. Bir təklif irəli sürdüm. Yaşar arzu edirdi ki, teatrın qarşısında böyük parkda səyyar şəkildə tamaşada oynasın. Bir az qeyri-adi idi. İstərdim ki, açıq havada onun 70 illik yubileyinə həsr olunan tədbir baş tutsun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər





