Şou-biznes

“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq”- Tanınmış aktrisa

5 May 2021 09:24
Baxış: 1 956
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin məşhur aktrisalarından olan Hande Soral çəkildikləri filmlər səbəbindən həyat yoldaşı, özü kimi aktyor İsmail Dəmirçi ilə uzun müddətdir görüşə bilmədiyindən danışıb. O, iki ildir ayrı-ayrı şəhərlərdə yaşadıqlarını deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa bu vəziyyətə görə çox çətinlik çəkdiklərini, ancaq müvəqqəti olduğu üçün səbr etdiklərini bildirib. Evliliyin münasibətlərə təsirindən danışdıqda isə Soral onlarda vəziyyətin başqa cür olduğunu deyib:

"Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq. Hələ ki, dəyişməyə vaxtımız olmayıb, yeni evli sayılırıq hələ", - deyə o əlavə edib.

O, əri ilə birlikdə necə vaxt keçirdiklərindən də danışıb.

"O qədər uzun müddətdir ayrıyıq ki, birlikdə olduğumuz vaxt uzun-uzun söhbətlər edirik. Birlikdə seyr etmək üçün filmlər seçirik. Amma ən çox səyahətə çıxmağı xoşlayırıq", - deyə aktrisa bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.