Müğənninin başına gələn film kimi hadisə - Aldadıb 30 minini aldılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Vüsal Əliyev "Səni axtarıram" proqramına gələrək aldadılaraq 30 minini alan ana və oğlundan şikayət edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi başına film kimi hadisə gəldiyini söyləyib. O bildirib ki, firildakçılar onu aldadaraq İtaliya, İstanbul və Fransaya belə aparıblar:
"Oğlanı təsadüfən tanıdım. Anası mənə deyirdi ki, oğlum tək uşaqdır, ona kömək edin, tək qoymayın. Oğlanı tədbir edəndə ora da çağırdım, dostlarımla tanış etdim. Bir gün zəng etdi ki, anamın bibisi var Fransada yaşayır. Xəstədi, bizə deyir ki, pulum var, gəlin sizlə halallaşım, onu da sizə verim. Anası da başladı ki, uşağımı tək qoymayın, buna böyük qardaşlıq et, bilərsən necə getmək olar. Özləri o qədər məlumatlıdır ki... Dedi, şengen viza almaq lazımdır. Sosial şəbəkədə paylaşdım, insanlar yazıb, Avropaya getmək üçün yardım etdi. Bunlarda deyir, vəziyyəti ağırdır, tez gedək. Bir nəfər yazdı ki, Varşavada səfirlikdə işləyirəm, gəlin İstanbula, oradan sizə kömək edəcəm. Bilet yazdırdım, getdik İstanbula. 11 gün orada qaldıq, həmin adam da mənə ancaq İnstaqramda yazır. Telefon nömrəsi vermir, deyir filan yerə pul köçürün. Mən də hər şeyi yanımdakı oğlana verirəm. İndi öyrənmişəm ki, həmin yazan da bu imiş. Axırda Bakıya qayıtdım, turizm şirkətinə bilet pulu ödəməliydim. 9 min qiyməti olan maşınımı 6 minə satdım. 1500 manat biletə pul ödədim, İstanbulda 11 gün qalmaq üçün otel və yemək pulunu demirəm. Özümü günahlandırıram ki, işi başa çatdırmadım".
Vüsal deyib ki, oğlanın istəyini yerinə yetirmək üçün ikinci avtomobilini də satıb:
Bir gün zəng etdi ki, bibi rəhmətə gedib. Bir il keçib oğlan yenə zəng vurdu ki, bəs, bibi ölməyibmiş, qızı yaland eyib, xəstəxanaya yerləşdirilib, xəstədir. Ana-bala telefonda ağlayır. Bir maşınımı da satdım ki, şengen alım. Vizanı aldıq, getdik İstanbula 11 gün orada qaldıq və İtaliyaya keçdik. Sən demə, istəyib məndən pulu Bakıda alsınlar. Ala bilməyiblər. Hər cür yalan danışırlar ki, hansısa planları tutsun. Getdik Fransaya, oteldə otururam bu gedir şəhərə, guya, zəng gözləyir. Bibi yoxdur, guya, başqa yerdədir. Zəng etdim Bakıya bir gün də turizm şirkəti otel günümü artırdı. Dedilər ki, viza vaxtın bitir, qala bilməzsən. Bakıya qayıtdıq, zəng etdi ki, böyrəklərim xəstədir, xəstəxanaya yerləşdirildim. Yanına getmək istədim, anası qoymadı".
İfaçı fırıldaqçıların dəfələrlə ondan pullar aldığını bildirib:
"Bir gün zəng etdi ki, Nijniy Novqoroddan dayım zəng edib ki, burada evim var, sənin adına keçirəcəm. Guya, dayısının borcu var, evi əlindən almasınlar deyə, evi buna verir. Ora getməliyəm. Avtobusla guya gedirlər, 2 günə çatdılar. Oradan da ancaq bunlara kömək edirəm: ana deyir, 300 dollar lazımdı göndərirəm. Filan şey lazımdır edirəm. Axırda guya getdi əməliyyata. Öyrəndim ki, sən demə, heç yerə getməyib, Xaçmazda evində oturub. Ana-bala yalançıdır. Qadınlara mehribançılıq edib, fotolarını çəkir, şantajla pul alır. Bu yaxınlarda 22 minə avtomobil alıb. Haradandır o pul? Polisə şikayət edirəm, baxmırlar ki, sübutun yoxdur. O ana-balanın şəklini yayın, hamı bilsin ki, yalançıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





