Şou-biznes

Səbinə də koronavirusa yoluxdu: "Həkim çatmır, ümidimiz Allahadır"

5 Dekabr 2020 14:48
Baxış: 2 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Səbinə Babayeva koronavirusa yoluxub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, xəstəliyi yüngül keçirdirlər. Səbinə təcili tibbi yardımdan da heç bir köməklik edilmədiyindən gileylənib:

"Həqiqəti dediyimə görə, kobud formada irad tutdular. Minlərlə insan bu dərdlə üz-üzə qalıb, hətta körpələrin yanına gəlmirsiz, deyirsiz, növbədir, gözləyin 3 gün! Şükür Allahıma, biz yüngül keçiririk və özümüzü başqa həkimlərin məsləhətləri ilə sağaldırıq. Yoxsa nə uşaq sahə həkimi, nə özüm üçün sahə həkimi, nə də 103 gəldi bizim yanımıza... Həkim çatmır, Allahadır ümidimiz".

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl də 103-dən şikayət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.