Şou-biznes

"Qəhqəhə səbəbim, heyran qaldığım" - İradədən həyat yoldaşına

11 Avqust 2020 14:30
Baxış: 3 576
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı romantik paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ərinin ad günündə onla bağlı bu sözləri yazıb:

"Səni özünlə, mayanla, kökünlə təbrik etmək istədim. Mayasını tanımadan, bilmədən inancına, əxlaqına, vicdanına, mərhəmətinə, sağlam xarakterinə, sevgisinə, dürüstlüyünə heyran qaldığım və  əksini düşünməyə belə ehtiyac duymadığım, həyatdakı ən böyük şükür səbəbim, şansım, həyat ortağım, yol yoldaşım, qəhqəhə aparatım... Dünyaya geldiyin gün mübarək olsun.

Bu həyatda hisslərim və müşahidələrimdə heç vaxt yanılmadım. Sözünə qulaq asdığım ürəyimə heyran olum. O ürəyə hissiyatı verən, qoruyan, yanıltmayan Allahıma da qurban olum. Ceyhun, səni sevdirəni sevirəm. Verdiyin "40 yaşında olmaq nece bir duyğudur?" sualına cavab verməyəə yardımcı olsan sevinərəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.