“Mən “div” doğulmuşam, Aygün isə “diva”dır” - Əməkdar artistdən qalmaqallı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "7 canlı" axşam şousunda qonaq olan sənətçiyə verilişinin heyəti tərəfindən zərflər təqdim olunub.
Elza zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli idi. İlk zərfdə yazılan "Ən çox hiti olan müğənni" sözləri üçün müğənni Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımovanın adlarını çəkib.
İkinci zərfdəki "Yalançıdır" sözünə isə Seyidcahanın cavabı belə olub: "Monitorda olan müğənnilər arasında həmin yalançı var. Özü də ağ yalançıdır. Amma adını demək istəmirəm. Adı lazım deyil baş hərfi "Y", yəni yalançı".
Üçüncü zərfi açıb "Diva" sözünü görən Elza kameranın onu yaxından çəkməsini xahiş edərək, fikirlərini belə davam etdirib: "Diva" Aygün Kazımovadır. "Div" də olur, "diva" da. "Diva" div sözündən yaranıb. Mən "div" doğulmuşam. Daha "A"ya ehtiyac yoxdur. Aygün Kazımovanın adı "A" hərfi ilə başladığı üçün "div" sözünün sonuna "A" hərfi gəlib, olub "Diva".
Dördüncü zərfdən çıxan "xəsis" sözünə bəstəkar - müğənni Ramal İsrafilovun adını çəkərək, onu xəsislikdə ittiham edib: "Xəsis Ramal İsrafilovdur. O mənim 3-4 mahnımı oxuyub. Karantin dövründə gəlib "mənə dəyməli idi" (Oxuduğu mahnıların pulunu verməlidir - red.). Hardadır onun bazarlıqları? Gəlib qapımı döyüb deməli idi ki, ananız harada yaşayır, gedim ona bazarlıq aparım. Bəs mən sənə 3-4 mahnı hədiyyə etmişəm. Hardasan ay Ramal?"
Reklamlardan sonra E.Seyidcahan R.İsrafilov barədə söylədiyi qalmaqallı və sərt fikirlərini yumuşaltmaq üçün sözlərinə düzəliş edərək "Əslində Ramal xəsis deyil. Sadəcə ona ərkim çatdığından adını çəkdim. Amma monitorda olan həmkarlarım arasında simic, yalançı, süni və saxtakar var. Allaha dua edirəm ki, yatanda yuxuma o girməsin", - deyərək məsələyə nöqtə qoyub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)





