Şou-biznes

"Bəli, mən ikinci Zeynəb Xanlarovayam. Sözü olan varsa, gəlsin..." - FOTO

6 Mart 2020 11:58
27 Şərh     Baxış: 6 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mətanət Əsədovanın "Zaurla Günaydın" proqramında işlətdiyi "Bu dünyada ikinci Zeynəb Xanlarovayam mən. Məndən başqası yoxdur" fikirləri sənət yoldaşları və bir çox tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, Mətanət onu qınayan həmkarlarına "Hər şey daxil"də cavab verib.

Sənətçi yenidən "Mən ikinci Zeynəb Xanlarovayam" deyərək meydan oxuyub:

"Mən o xanımla nəfəs alıram. Mən pis bir iş görməmişəm ki. Mən keçmişi gətirmişəm, bir daha yada salmışam. Mən Zeynəb xanımın mahnısını ("Yalan dünya" - red) sevə-sevə xalqa çatdırmışam. Qoymamışam yaddan çıxsın və sevərəkdən oxumuşam. Bəli, mən yenə deyirəm - Mənim alnıma gülləni qoy, sözü demişəmsə, o sözü həmişə deyəcəm. Mən sözü yeyə bilmərəm e. Mən Mətanət Əsədovayam və Manafın dostuyam (Əliylə Manafı göstərir - red). Bizə yaraşmaz dediyimiz sözdan qaçaq. Hamı da tanıyır, deyərlər ki, "Nə oldu, ağciyərsən sözünü arxaya götürdün?" Bizdə belə şey yoxdur. Bəli, mən ikinci Zeynəb Xanlarovayam. Buna kimin nə sözü var? Sözü olan varsa, gəlsin. Bu meydan, bu da Mətanət. Zeynəb xanım kimi o mahnını ikinci elə oxuyan olacaqsa...".

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.