"İlhamə və Flora Kərimova arasında yaşanan qalmaqal..." - Cavan Zeynallıdan MARAQLI AÇIQLAMALAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti, cazmen Cavan Zeynallı "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənətkar ondan niyə tez-tez efirlərə çıxmadığını soruşuanlara cavab verib.
"Məni küçədə, bayırda görənlərdə bu sualı vermək bir növ adət halına çevrilib. Soruşurlar, Cavan müəllim, çoxdandı niyə efirlərdə yoxsunuz? Deyirəm, mən demək olar ki, hər gün efirlərə çıxıram, sadəcə, siz baxmırsınız. Yəqin istəyirlər ki, səhər 8-dən, gecə 12-yə qədər efirdə olum. Ancaq bu da mümkün deyil. Bilirsiniz, nə qədər sevilsəniz də, hər gün efirə çıxsanız, vallah, izləyiciləri bezdirərsiniz. Hələ o vaxt bunu mənə dahi sənətkarımız Rəşid Behbudov deyib. "Cavan, sən hərdən başlayırsan efirlərdə görünməyə, amma çıxma. Televiziya elə şeydi ki, 5 -10 gün baxacaqlar, axırda deyəcəklər ki, bu, bezdirdi bizi, nə vaxt baxırsan efirdədi". Bu sözləri mən illər keçsə də, hər zaman xatırlayıram. Baxmayaraq ki, səni xalq sevir, bundan sui-istifadə etmək olmaz. Sizə bir şey danışım, elə dünən verilişlərin birində çəkilişdə idim. Formata görə, mən müsahibəni metroda verməli idim. Bu, mənə qəribə gəldi. Mən sənətkaram, sakit bir şəraitdə danışmağa öyrəşmişəm. Ancaq yenə də getdim, yeni layihədi, yoxladım. İnsan, əsasən də sənətkar daima yeniliklərə açıq olmalıdır".
Cavan Zeynallı bir müddət əvvəl geniş müzakirələrə səbəb olan sənətkarların metroya minməsi mövzusuna da toxunub.
"Bəziləri deyir Xalq artisti metroya minməz. Mən bu fikirlə heç razı deyiləm. Mənim avtomobilim də var, lakin hazırda bu tıxaclara görə heç istifadə etmirəm. Hər yerə metro ilə gedirəm. Metro indiki zamanda ən rahat nəqliyyat növüdür. Rahat gedirəm və istədiyim yerə də vaxtında çatıram. Düzdür, diqqət mərkəzində olmaq məni sıxır. Gizlətməyim, arada lazımsız suallar verən sərnişinlər də olur. Mənə deyirlər "Cavan müəlim, siz Xalq artistisiz, yəni sizin avtomobiliniz yoxdur ki, avtobusda, metroda gəzirsiz?" Belə suallar mənim qəlbimə toxunur",- deyə o, bildirib.
Xalq artisti hazırda estradamızda olan problemlərə də toxunub. O, bildirib ki, əsl müğənni hər bir janrda ifa etməyi bacarmalıdır.
"Hazırda istedadlı müğənnilər var. Düzdür azdır, ancaq var. Bilirsiniz, bəziləri efirlərə istedadını göstərmək üçün deyil, tez bir zamanda məşhurlaşmağa çıxırlar. Bu zaman da bayağı musiqilər meydana çıxır. Bir müddət keçəndən sonra da deyirlər, mən nömrə birəm. Axı, oxumaq bu deyil. Müğənni gərək hər tərəfli istedadlı olsun, mütləq bəstəkar mahnıları ifa etməlidirlər, daha sonra caz, blyuz, xarici estrada bunları da bilməlidirlər. Bizim dövrümüzdə belə insanlara ifaçı deyirdilər. Biz o zaman bütün janrlarda oxuyurduq. Sadəcə, mənim səsim müğama oturmurdu. O xanəndələrə verilən Allah vergisidir",- deyə Xalq artisti vurğulayıb.
"Vallah, indiki toy müğənnilərinin çoxu çıxıb efirlərdə deyirlər, toyda ifa etmək üçün mənə 10-20 min verirlər. Çoxu da yalan deyir. Mən onların içində olmuşam. Cavan vaxtı toylarda da iştirak etmişəm, bunların hamısını bilirəm. Lap elə getdin toya, avtomobil, ev, bağ aldın? Sonra nə olacaq? Sənət olaraq ortaya nə qoyacaqsan? Rəşid Behbudovu bir dəfə toya dəvət ediblər ki, gəlib yarım saat toyda sadəcə otursun. Bunun müqabilində də ona 500 rubl qonarar vəd ediblər. O, zaman üçün bu böyük məbləğ idi. Ancaq o, qəti surətdə bu təklifdən imtina edib",- bu sözləri cazmen müğənnilərin toy qiymətindən danışarkən deyib.
O, el şənliklərində iştirak edən müğənniləri qınamadığını da açıqlayıb.
"Mən toya gedənləri də qınamıram. O, zamanlar qastrol səfərləri, konsertlər var idi. Hazırda bu şərait yoxdur. O, müğənnilər də toyları qazanc yeri kimi görürlər. Ancaq el şənliyi ilə sənəti qəti surətdə qarışdırmaq olmaz".
Əməkdaşımızın "Hazırda bəziləri qəsdən qalmaqal edirlər ki, məşhurlaşsınlar. Mənə maraqlıdır, heç sizin qalmaqal yaşadığınız insanlar olub?",- sualına Cavan Zeynallı belə cavab verib.
"Vallah, inandırım sizi olmayıb. Hər zaman baxırlar mənə deyirlər Cavanın elə gözləri var ki, adam heç bir pis söz demək istəmir. Bundan başqa mənə kimsə nəsə pis bir söz deyəndə, başlayıram gülməyə, deyirəm düz deyirsən. Mən heç vaxt elə şərait yaratmıram ki, qalmaqal yaransın. Ancaq onlar qəsdən bunu edirlər ki, onlardan danışsınlar, onları tanısınlar. Bilirsiz, bu 10-15 il əvvəl dəbdə idi. Süni dava yaradırdılar, səhər hamı bunları tanıyırdı. İndi insanlara artıq bu maraqlı deyil.
Demirəm, bizim dövrümüzdə olmayıb. Bilirsiniz, İlhamə Quliyeva ilə Flora Kərimova uzun müddət qalmaqal yaşayıb. Birdə kimin sənəti, səviyyəsi varsa, nə qədər qalmaqal yaşasa da, onu məcbur qalmaqala sövq etsələr də, o, hər zaman yüksəkdə qalacaq, öz səviyyəsini qoruyacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arda Gülerin fiziki dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək





