Şou-biznes

Sevgilisi aldadan Pərvin Abıyeva: "Xəyanəti bağışlamıram"

25 Oktyabr 2019 21:04
10 Şərh     Baxış: 4 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva təsadüfən sevgilisinin onun rəfiqəsi ilə gizli münasibətini aşkara çıxarıb. Aktrisa uzun müddət bu faktı hamıdan gizlətsə də, verilişlərin birində bu haqda danışmağa qərar verib. Onun bu açıqlaması böyük səs-küyə səbəb olub.

Milli.Az bildirir ki, Sputnik Azərbaycan-a açıqlamasında P.Abıyeva sevgidə və dostluqda oxu hər dəfə daşa dəyir deyib. Aktrisa səbəbi özünün səmimi olması, zəif tərəflərini sevdiyi şəxs və dostları ilə bölüşməsində görür. Məhz bundan sonra hər şey ona qarşı çevrilir: "Mən tamamilə təsadüfən ən yaxın rəfiqəmin sevdiyim oğlanla görüşdüyünü öyrəndim. Onlar hətta birlikdə otelə də gediblər. O hələ də mənim məsələdən agah olduğumu bilmir. Bu hadisədən sonra rəfiqəmlə ünsiyyətimi kəsdim və onu "qara siyahı"ya saldım. Sevgilimlə isə ayrıldıq. Mən xəyanəti bağışlamıram.

Qeyd edək ki, Pərvin Abıyeva "Qarabağnamə", "İkinci bahar", "Həyat varsa", "Gecə qonağı" və s. film və seriallarda rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.