Şou-biznes

Xalq artistinin oğlu Hollivudda filmə çəkilmək istəyir

15 Oktyabr 2019 15:16
4 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda tək yaşayıram və öz ayaqlarım üstündə durmağa çalışıram. Atamdan heç bir maddi dəstək almıram. Lakin bəzi qərarları verməzdən öncə atamla məsləhətləşirəm. Tək yaşadığım üçün bütün ev işlərini özüm görürəm. Dostumun studiyasında çalışıram.

Milli.Az bildirir ki, bu sözləri Xalq artisti Eyyub Yaqubovoğun oğlu Zakir Yaqubov modern.az-a müsahibəsində deyib.

O söyləyib ki, Hollivudda aktyor olmaq niyətindədir:

"27 yaşımdayam. Gələcək üçün ən böyük arzularım öz biznesimi qurmaq və Hollivudda aktyor kimi çalışmaqdır. Rejissor Martin Skorsezeni görmək də ən böyük arzularımdan biridir. Çox istərdim ki, Hollivud filmlərinin ən azı birində çəkilmək mənə qismət olsun və gözlərimlə oradakı çəkiliş prosesini görə bilim. Bu arzularımın ən pik nöqtəsidir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.