"Abır-həya gözəl şeydir" - Nadir Qafarzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Nadir Qafarzadə "Maşın şou"nun iştirakçılarını tənqid edib. Milli.Az xəbər verir ki, sənətçi bildirib ki, şounun əvvəlki buraxılışlarındakı iştirakçılar etik çərçivələri daha çox qoruyurdular:
""Maşın şou"nun əvvəlki iştirakçıları bilirdilər ki, həyat on səkkiz gündən ibarət deyil. Şoudan çıxandan sonra biz yenə də üz-üzə gələcəyik. Ona görə də etik qaydaları gözləyirdik. İndi "Maşın şou"ya baxmıram, vaxtım olmur, iş dalınca qaçıram. Mənim bu dəqiqə iş dalınca qaçan, problem həll edən, ailəm üçün çalışan vaxtımdır. Düzdür, "Maşın şou" axşam saatlarında efirə gedir, lakin mən pul qazanmalıyam. Mənim üçün pul qazanmağın gecəsi, gündüzü yoxdur. Mən bütün fəsillərdə yaşayan qarışqayam. Düşünürəm ki, əvvəllər şounun iştirakçıları daha tanınan, maraqlı simalar olurdu və etikanı gözləyirdilər. İndi zamanın tələbinə görə simalar da dəyişib. Biz hamımız sənət dostlarıyıq. Bir maşından ötrü etikadan kənara çıxmaq düzgün deyil. O maşın ola da bilər, olmaya da. Abır-həya gözəl şeydir".
Qafarzadə bildirib ki, bəzən ölkədən getmək haqqında düşünür:
"Düzdür son zamanlarda abır-həya çoxlarına aid deyil. Elə buna görə də son zamanlarda hər şeydən qaçıram, özümə qapanıram. Çalışıram belə şeyləri görməyim. Qaçmaq istəsəm də, düşünürəm öz vətənimdən hara qaçım? Ölkəni kimə qoyub gedək? Bu abırsızlara, həyasızlaramı qoyub gedək? Ona görə də ən yaxşısı evinə, ailənə qapanıb onları görməməkdir''.
Müğənni həmçinin ölkədə olan hadisələri düzəltmək üçün dövlət səviyyəsində qurumun olmasını arzuladığını bildirib:
"Əgər müasirlik abırsızlıqla, həyasızlıqla ölçülürsə, tüpürüm o müasirliyə. Mən elə keçmişdə qalsam, yaxşıdır. Lakin təəssüf edirəm ki, çoxları məni yanlış anlayır. Axı mən heç kimə məsləhət vermirəm. Mən sadəcə, bu hadisələri müzakirə edirəm. Mənim kiməsə yol göstərməyə, ağıl öyrətməyə heç həvəsim, enerjim də yoxdur. Əslində, bu sözləri valideynlər övladlarına deməlidirlər. Övlad uğursuzdursa, bu valideynin günahıdır. Bəzən deyirlər ki, valideyn nə etsin axı, övlad naxələf çıxdı. Mənim oğlanlarımın birinin 24 yaşı var, lakin bu günə kimi onlara anası ilə mən nəzarət edirik. Biz övladlarımızı elə böyütməliyik ki, sabah başımıza, dizimizə döyməyək. Qızlarımızın pis yola düşməsinin səbəbkarı analar olur".
Qeyd edək ki, əməkdar artist sonda onsuzda fikirlərinin qınanacağını, ailə tərbiyəsi görməyən insanların təhqir edəcəyini də vurğulayıb. (ölkə.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Gülay Zeynallı tanımaz halda - (Video)
XƏBƏR LENTİ
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)





