Şou-biznes

Mənzurə efirdə Manafdan ACIĞINI BELƏ ÇIXDI: Borc pul istədim, dedi... - FOTO

18 İyul 2019 13:56
2 Şərh     Baxış: 6 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hansı müğənnini geyiminə görə qarşılayıblar, ağzını açıb danışanda deyiblər çıx get buradan?

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda müğənni qonaqlarına müraciət edib.

Manaf Ağayevin cavabı gözlənlməz olub. O, verilişin digər qonağı Mənzurə Musayevanın adını çəkib:

"Mənzurə Musayeva! Qəşəng geyinir, qəşəng vid-fason. Bir də görürsən dəxli olmayan bir söz dedi. Geyim getdi. O, həqiqətən, budur ha!"

Mənzurə Zaurun "Hansı müğənninin cibində pulunu tutursan, deyir başqa adamındır?" sualında Manafdan acığını çıxıb:

"Bax, Manaf. Bir dəfə borc istədim, mənə pul vermədi. Bir dəfə dedim mənə 5 min pul ver, Allaha and olsun! Dedi ki, "Vallah indi əlimdə pulum yoxdur". Mən elə bildim hamıya kömək edir, mənə kömək etmədi".

Məhəmməd Vaqif
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.