Şou-biznes

Müğənni efirdə aparıcını BİABIR ETDİ: ara qarışdı, məzhəb itdi - FOTO

14 İyun 2019 12:17
1 Şərh     Baxış: 8 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space TV"də "Sevimli mahnı" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu müğənninin qəzəbinə tuş gəlib.

Milli.Az xəbər verir ki, müğənni-bəstəkar hacı Nazim Məmmədov "5/5"də Zaur Kamalın "Mikayılda nə pisdir, nə yaxşıdır?" sualını gözləyirmiş kimi reaksiya verib.

Nazim aparıcını "ağ yuyub, qara sərib":

"Mən Mikayılla soyuq görüşürəm. O vaxt bir məsələ var idi. Mikayıl bir dəfə elə bir söz, məsələ çıxartdı, şou göstərdi ki, güya mən elçiliyə gəlirəm. Pisi yaxşı kimi təqdim edir. Onun açdığı veriliş var e, sonra da bayağılıqdan danışırlar. Özü də başlayıb oxumağa deyəsən. Elə musiqi var ki, camaata təqdim edirlər "bu yaxşıdır"?"

Türkiyədən Bakıya yeni gələn, verilişin digər qonağı Günel Zeynalovanın "Mən tanıyıram onu?" sualına Nazim "Görsən bəlkə də tanıyarsan" cavabını verib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.