Şou-biznes

Dilarə Əliyeva hamı üçün DANIŞACAQ: “Camaatdan gizlin sözüm yoxdur” - VİDEO

25 Aprel 2019 15:39
2 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fəaliyyətə başladığı gündən bir çox baxımlı layihələri ilə tamaşaçıların rəğbətini qazanan ARB növbəti sürprizini etməyə hazırlaşır.

31 Mayda Heydər Əliyev adına Sarayda ARB TV-nin "Söhbət var" adlı möhtəşəm konserti olacaq. Televiziyanın eyni adlı proqramının aparıcısı, əməkdar artist Dilarə Əliyeva bu dəfə respublikanın ən şöhrətli sarayında şou əhlini bir araya yığacaq.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı bununla bağlı maraqlı süjet hazırlayıb.

Dilarə Əliyeva - Əməkdar artist, Aparıcı: "Həmişəki kimi pıça-pıç olacaq. Nə qədər qıraqda danışaq? Hamı bilir ki, mənim camaatdan gizlin sözüm yoxdur. Xahiş edirəm ki, 31 mayda gəlib mənim söhbətlərimə qulaq yoldaşlığı etsinlər".

Əyləncəli və maraqlı konsert proqramında ölkənin ən populyar müğənniləri, şou-biznes nümayəndələri çıxış edəcək. Onlar eyni zamanda müxtəlif səhnəciklərdə peşəkar aktyor və aktrisalarla birgə öz səhnə bacarıqlarını da göstərəcəklər.

Həsrət Həsrətov - Aktyor: "Bura gələn insanlar həm müğənnilərin musiqisini dinləyəcəklər, həm də səhnəciklərimizi izləyəcəklər".

Heydər Əliyev adına saraydakı "Söhbət var" konserti mayın 31-i saat 19:00-da başlayacaq. Artıq, çal-çağırlı, sözlü söhbətli, ulduzlarla dolu şounun biletləri də satışdadır.

Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir. Qiyməti 10 manatdan 60 manatadək olan biletləri isə şəhərin istənilən kassalarından əldə edə bilərsiniz.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Dilarə Əliyeva hamı üçün DANIŞACAQ:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.