Şou-biznes

Mirkamilə nə olub? - Paylaşımları təəccübləndirir...

7 Noyabr 2018 17:48
23 Şərh     Baxış: 10 918

"Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov instaqramda qəribə paylaşımları ilə diqqət çəkir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc ifaçı "mirkamilofficial" adlı hesabında müxtəlif mövzularda - "vor"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Müğənni demək olar ki, səhifəsində yaradıcılığı ilə bağlı heç bir məlumat vermir.  Hətta Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb.  Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.

İlk dövrlərdə səhifəni Mirkamilin istifadə etmədiyi deyilsə də, müğənni hesabı özü idarə etdiyini, statusların ona məxsus olduğunu vurğulayır.

Bundan əlavə, ifaçı onun paylaşımlarını tənqid edənləri "söhbətə çağırır", bəzən isə təhqir edir.

Mirkamil "777" və "Vaşaq" sözlərindən demək olar ki, hər statusunda istifadə edir, eyni fotoları dəfələrlə paylaşır.  İstifadəçilər Mirkamildən dəfələrlə "777"in mənasını soruşub. O, bu rəqəmlərin doğum tarixi ilə bağlı olduğunu vurğulayıb- "07.07. 1986!"

M. Kamilovun 60 minə yaxın izləyiciləri sırasında xalası, xalq artisti Mələkxanım Əyyubova da var. Yəqin ki, o da bacısı oğlunun bu halından xəbərdardır. İstifadəçilər dəfələrlə xanəndənin adını paylaşımlara işarələyərək Mirkamilə kömək etməsini xahiş ediblər. Ancaq o, heç bir reaksiya verməyib.

"Qafqazinfo" mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlayaraq M. Kamilovun vəziyyəti barədə suallar ünvanlayıb. O, məsələdən yayınaraq "Üzrlü sayın, bu mövzuda danışmayacam" deyib.

Mirkamil isə zənglərə cavab verməyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Noyabr 17:531830

    Yeqin dozası artık olub .Ne olacak reklam tutmaknan mesquldu .

    Cavab yaz
  • Anonim
    maqa · 7 Noyabr 18:05179

    insandaki baw qacdi vessalam wut tamam bawini buraxin gedsin o bawin Allah kimsenin aglini bawindan almasin

    Cavab yaz
  • Anonim
    Sumqayitli qiz · 7 Noyabr 18:23246

    Allah köməyi olsun..İnşaallah tezliklə, əvvəlki vəziyyətinə qayıdar.

    Cavab yaz
    • Anonim
      Leyla · 7 Noyabr 18:4168

      Yeqin toyu yoxdu ona gore ola biler zarafatsiz

      Cavab yaz
  • Anonim
    Предсмертное желание · 7 Noyabr 18:36917

    Ne olacaq ))) Dozanin pik noqtesi )))

    Cavab yaz
    • Anonim
      18 36 · 7 Noyabr 19:04146

      İstifadə edəndə yanında idin? Elə bil dozasını sən ölçmüsən axı

      Cavab yaz
      • Anonim
        Предсмертное желание · 8 Noyabr 10:1932

        Ay gozden zeif insan menden bashqada bu fikri yazan olub ))) Sen ancaq otur menim yazdiqlarimi say ))) Allah komeyin olsun,xestelere gulmeyim )))

        Cavab yaz
  • Anonim
    Əsranur · 7 Noyabr 18:432221

    Bunu dərhal göndərin Meştağaya.Telefonu da alın əlindən.Gələn paylaşımların birində məndən də yazsa,təəccüblənməyəcəyəm.Aləmi qayıb qatışdırıbki,bu:))))

    Cavab yaz
  • Anonim
    $.$.$. · 7 Noyabr 19:08182

    Mirkamilə urəyim aqrıdı. Allah şəfa versin , köməyi olsun. Narkotiki yayıb , millətin övladlarını zəhərləyənlərin Allah bəlasını versin......

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 7 Noyabr 19:0927

    Bu da axir vaxtlar bilmir neynen gundeme gelsin

    Cavab yaz
    • Anonim
      Uje · 7 Noyabr 19:2602

      Bilir

      Cavab yaz
    • Anonim
      $.$.$. · 7 Noyabr 19:4477

      Mirkamil xəstədir. Özu deyib ki beynində şiş var. Butun bu olanlar xəstəliyin fəsadlarıdır.Allah köməyi olsun.Amin.

      Cavab yaz
  • Anonim
    Kisa · 7 Noyabr 19:3622

    Divardakı kimin şiklidiye? Özü çəkib görəsən?

    Cavab yaz
  • Anonim
    Zeynäb · 7 Noyabr 19:51121

    Babalin yumayag dostlar. Allah şeytana lənət eləsin. Allah islah eləsin.

    Cavab yaz
  • Anonim
    P.S · 7 Noyabr 19:5808

    Kim olub bu insan ne iz qoyub ki.ona hagg qazandirmaliyiq ki ?

    Cavab yaz
  • Anonim
    men · 7 Noyabr 20:5745

    Melekxanim xanim deyir ki meni bununla elaqedar narahat etmeyin bapo gor e ney ile bagli narahat etmisiz ?Ozu de gorun kimi bibisidir xalasidir bilmirem .Amma cavab baxin siz allah ay qadin bir az en awagi ele sende o kendden cixmisan Elanra demiw.Oxumaginida Sekinden artiq deyil ancaq ozu ozunu deyesen hamidan cox beyenirsen ilhame kimi .Ondansa Mirkamilin veziyyeinen maraqlan cavandir

    Cavab yaz
  • Anonim
    T · 7 Noyabr 21:1216

    Buda daha bilmedi gundeme nece gelsin .Gah Toppusa soz atdi,gah dedi sis var gah dedi narkamanam.Indide duvara menim ysagimin cekdiyi cekiller kimi bir sey cizib onu cekib bura qoyib

    Cavab yaz
  • Anonim
    Teselli · 7 Noyabr 21:1761

    Allah komeyi olsun.xesteliyi ile elaqedardi yeqin.saglam dusune bilmir

    Cavab yaz
  • Anonim
    Mmmm · 7 Noyabr 21:5341

    Ruhi xeste olub ele bil

    Cavab yaz
  • Anonim
    FIL · 8 Noyabr 10:0531

    Baş qaçıb bədən qalıb yiyəsiz

    Cavab yaz
    • Anonim
      Esmer · 8 Noyabr 10:4560

      Vay vay heyif cavan oglan ne gune qalıb......kurqu pis olub. ..yene de Allah komek olsun. ...

      Cavab yaz
  • Anonim
    Oxucu · 8 Noyabr 15:5730

    Bəlkə də özü deyil bunları yazan. Axı biz nə bilə bilərik, bizim yanımızda yazılmır ki, görək kimdir yazan, paylaşan. Allah kömək olsun Mirkamilə, cavandır, istedadlıdır, hər şeydən əvvəl millətimizin balasıdır. Kömək etmək lazımdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.