Şou-biznes

Nigar Camalın qızı Londonda birinci sinfə gedir - FOTO

22 Sentyabr 2011 19:09
1 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın "Eurovision-2011" müsabiqəsində təmsilçilərindən biri Nigar Camalın böyük qızı Jasmin Londonda birinci sinfə gedir.

APA-nın məlumatına görə, Nigar Camalın hazırda Londonda olmasının səbəbi də budur. Artıq qızını məktəbə yola salan və ilk günlərdə onun yanında olan azərbaycanlı qalib, bu günlərdə Vətənə qayıdacaq. Bir həftəyə Londondan Bakıya gələcək sənətçi, yeni layihələrə imza atmaq fikrindədir.

Türkiyənin "Yahşi Cazibe" serialının bir bölümündə çəkilən Nigar Camal aktrisalığı davam etdirəcək. Belə ki, N.Camal sözügedən serialın növbəti bir neçə seriyasında da çəkiləcək. Məlumata görə, "Eurovision" qalibinin növbəti seriyalarda rolu epizodik olmayacaq. Nigar Camal serialın bir neçə bölümündə əsas qəhrəmanlarından birinə çevriləcək.

Milli.Az









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.