Şou-biznes

“Əlim-ayağım əsirdi, dodaqlarım qurumuşdu” - Nura Suri

26 Sentyabr 2018 19:28
2 Şərh     Baxış: 3 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nura Suri 106.3 FM-də yayımlanan "Mən DJ olsam" layihəsinin qonağı olub. 

Milli.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarları haqda fikir bildirən Suri efirdə Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Röya və digərlərinin mahnılarını səsləndirib.

O, veriliş zamanı Xalq artisti Faiq Ağayevlə tanışlıq hekayəsindən danışıb: "1993-cü ildə "İmkan" qrupunda çıxış edirdim. İlk dəfə idi ki, Heydər Əliyev Sarayında səhnəyə çıxmışdım. Kulisə gələndə panik-atak keçirdim. Halımın pis olduğunu hiss edən yeganə insan Faiq Ağayev oldu. Əlim-ayağım əsirdi, dodaqlarım qurumuşdu. O, mənə kömək etdi. Yanındakılara dedi ki, qıza tez su verin. Mənə qarşı diqqəti heç vaxt yadımnan çıxmır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.