Şou-biznes

Xatirə İslam konsertdən yığılan pulları Aprel şəhidinin ailəsinə verdi - VİDEO - FOTO

19 Sentyabr 2018 10:48
20 Şərh     Baxış: 6 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslamın dünən Yaşıl Teatr səhnəsində konserti baş tutub.

Milli.Az publika-ya istinadən xəbər verir ki, müğənnini dinləməyə gələnlər arasında həyat yoldaşı Fəxrəddin, aparıcı Zaur Baxşəliyev və xanımı Günay Baxşəliyeva, Mətanət Əsədova, Tunar Rəhmanoğlu və başqaları olub.

Məhərrəmlik ayında konsert verən Xatirə İslam konsertin sonunda bu məsələ ilə bağlı açıqlama verib: "Məhərrəmliyin ağır günləri bu ayın 20-dən başlayır. Biz hər şeyi düşünmüşük. Mən çox ağıllı qadınam. Konsertin sonunda sürpriz olacaq. Siz onu gözləyin. Konsertdən bir manat da olsa, mənə lazım deyil".

Yaşıl Teatrda baş tutan konsertin sonunda Xatirə İslam sürprizi elan edib. Müğənni Aprel döyüşlərində şəhid olmuş Müşfiq Orucovun valideyinlərini səhnəyə dəvət edib və konsertdən yığılan qonorarla şəhidin adına Müşfiq bulağı tikdirəcəyini söyləyib. Şəhidin anası bildirib ki, oğlunun adına bulaq tikdirmək onun ən böyük arzularından olub.

Müğənni konsert üçün yerli moda evlərindən birinə iki xüsusi səhnə geyimi hazırlatdırıb. İfaları ilə tamaşaçılara unudulmaz gecə yaşadan müğənni ətəyi lələkli mini libası ilə də diqqət çəkib.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Xatirə İslam konsert verdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.