"İki gün əvvəl qızımız Sevgimin dörd yaşını qeyd etdik. Düzdür, təmtəraqlı məclis təşkil etməsək də, bizi sevən insanları bir araya toplamağa müvəffəq olduq. Bəli, Sevgimi bir az çox istəyirik. O, həqiqətən də Musa ilə olan sevgimizə bir töhfədir. Məncə müğənnilikdən də ən önəmli, şərəfli ad valideyn adıdır. Xoşbəxt cütlük sayılırıq ki, ailəmizdə övladlarımıza yaxşı tərbiyə veririk. Bütün uşaqlara, xüsusən də qız övladlarına Allahdan gözəl bəxt-tale arzulayıram. O cümlədən Sevgim və digər qızlarım da olmaqla", - Təranə Qumral belə dedi.
Dəcəl Sevgimin foto çəkdirməkdən xoşu gəlməsə də, valideynləri uzun-uzadı əzizlədikdən sonra balaca qızları ilə birlikdə şəkil çəkdirməyə nail oldular.

